Yarpağın macərası

Yarpağın macərası


dostlarına baxıb onlarla vidalaşdı. Cisimini hər zərrəsi əmr altında olan küləyə təslim etdi. Dostunun başıboş olmadığını bilirdi. Onun aparacağı yerin özünün qədəri olduğuna inanırdı. Külək, yarpağı yavaşca torpaq zəminə endirdi. Son dəfə dostunu yüngülcə oxşayıb oradan ayrıldı. Yarpaq, ana qucağını xatırladan güvən və istiliyi torpaqda tapdı. Özünü fövqəladə gücsüz və solğun hiss edirdi. Səbirsizliklə bədəninin parçalanıb torpağa qarışmasını gözləyirdi. Ölüb təkrar dirilib yüksəklik də bir yerdə dayandığını görürdü ele bil. Günəş və küləkdən sonra indi özünü tək buraxmayan torpağı görüncə, ağacın dediklərini daha yaxşı anlayırdı. Görə bilmədiyi bir Zatın özündən hər an xəbərdar olduğuna adı kimi əmin idi. Taqəti qalmayan dodaqlarını çətinliklə hərəkət etdirib, son dəfə “Boşluq yox bu aləmdə!” dedi. Abdülgafur Neft Çalalı
<< 1... 3 4 [5]
Cəmi 1078 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 84 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024