Bir ailə faciəsi

Bir ailə faciəsi


Ailədə 2 uşaq idilər. Rüfət evin böyük övladı idi. Ali məktəbi qurtardıqdan sonra dövlət işinə düzəldi. Bir neçə vaxtdan sonra valideynlərinə bir qızı sevdiyini söylədi. Valideynləri qızı görüb bəyənmədilər. Onlar Rüfəti öz tanıdıqları bir qızla evləndirmək istəyirdilər. Amma Rüfət valideynlərini eşitmədi. Uzun-uzadı söz söhbətlərdən sonra razılığa gəlib, elçilik edib qızı aldılar. Bəli, o gün gəldi. Toy hazırlıqları başladı. Toyun tarixi də təyin olundu. Söz-söhbətlər artıq başlamışdı. Gəlin heç nə bəyənmir, tələblər qoyur. Artıq əsl üzünü göstərməyə başlamışdı. Toy günü yetişdi. Çox gözəl bir toy idi. Rüfətə bəylik kürsüsü çox yaraşırdı. Amma gəlin bəyə heç yaraşmırdı. Bu toy bir müddət dillərdə dastan oldu. Bir ildən sonra onların Röya adında gözəl, göyçək bir qızı dünyaya gəldi. Sonra Rüfəti işi ilə əlaqədar başqa bir ölkəyə göndərdilər. Belə qərara gəldi ki, ailəsini də aparsın. Axı Rüfət o ölkəyə 4 illik gedirdi. 4 ildən sonra Rüfət vətənə tək döndü. Soruşanlara "Ailəm bir-iki aya gələcək" söylədi. Amma o bir-iki ay bir-iki il oldu, ailəsi gəlmədi. Yazıq bilmirdi daha nə uydursun. Orda olan müddətdə onların bir qızı da dünyaya gəlmişdi. Sonra məlum oldu ki, yoldaşı orda magistraturaya qəbul olub, hələ oxuyur. Bu səbəbdən gələ bilmir. Neçə il belə keçdi. Yazıq Rüfət balalarını skype vasitəsilə görürdü. Bir gün Rüfəti işdən də azad etdilər. İllərlə əzab-əziyyətlə qazandıqlarını Rüfət yavaş yavaş itirirdi-ailəsini, karyerasını. Özünə qapanmışdı. Evdən çölə çixmaq belə istəmirdi. Tək-tənha qalmışdı. Rüfət yenə də həmişəki kimi tək idi. 2012-ci ilin fevral ayının 7-si idi. Atası Rüfətin əl telefonuna dayanmadan zəng edirdi. Atasının telefon zənglərinə cavab verməyən Rüfət
[1] 2 >>
Cəmi 841 nəfər oxuyub
Bəyənən (165) | Bəyənməyən (155)
Dostlarınla Paylaş

Saytda 80 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023