Zaman və sevgi

Zaman və sevgi


Zaman.... Ucsuz bir sonsuzluq kimi görünən, həyatmızı içinə alan, varlığımızın ölçüsü... Sevinclərimizi, ağrılarımızı, ümidlərimizi, nəhayət bütün yaşadıqlarımızı içində saxlayan həyatımızın bəyaz qutusu. Lakin keçir, hər an, hər saniyə, hər saat!... "Dayan getmə!" dəməyə imkan vermədən, müdhiş bir sürətlə...Bir axşam azan vaxtı, ya da səhər azanı... Bir tərpəniş, bir hüzn... Keçən gün, ömürdəndir. Əfsus! Dünən keçdi, bu gün var, sabahımız olacaqmı, kim bilər?... Ah mənim iydə qoxulu axşamlarım, xatirə dəftərimdən süzülən ulduzlarım, saralmış yarpaqlarım! İçində dənizi saxlayan mavilərim... incilərim, bənövşələrim... Halbuki, bir yuxu kimidir hər şey. Bəzən, görəsən yaşadımmı dedirdər! Zamanın ən can alan nöqtəsində dayanıb arxanıza keçmişinizi, önünüzə gələcəyinizi qoyduğunuzda yol müəyyəndir artıq... Yenidən, dəfələrlə yenidən günə salam vermək vaxtıdır... aynalara küsmədən... Ağaca, çiçəyə, sizdən təbəssüm gözləyən uşağınıza, ananıza, atanıza... Və əslində, hər başlanan gün, bir şükr vəsiləsidir Allaha... Köhnələrdə qalmış səhvlərinizi yenidən etməmək üçün dua vaxtıdır bəlkə də... Bəlkə də axtardığınız xoşbəxtliyə qovuşmanızı təmin edəcək könül sultanları üçün yalvarış anıdır... Kim bilir?... Hamımız hər an bir pilləsindəyik zamanın, ya enişlərdə ya da çıxışlarda yola düşər... Kimimiz şairin dediyi kimi... "Nə acı itirmək üçün sahiblik,Ölümlünü sevmək nə qorxulu iş,Həyatmı? Püf desən qopacaq iplik! Elə isə, yaşamaq uğruna bu inad nədəndir? " deyərək həyatın mənasını həll etməyin təlaşında, kimimiz də "Ballar balını tapdım şanım yağma olsun" deyərək Yunus kimi Allah üçün yollara düşmə sevdasındayıq... O halda elə bir həyat olmalı ki həyatımız, arxamızdan gələnlər
[1] 2 3 >>
Cəmi 909 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 69 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023