Zaman və sevgi

Zaman və sevgi


bizi gözəlliklərlə yad etməlidilər.Elə yaşamalıyıq ki, öyrədicilərimizin bizlərə müjdələdiyi kimi bir sevgi məşəli olaraq... ONU dinləyərək, Onun göstərdiyi izlərə basaraq... Onu tapdığımız gündən bəridir evlərimizin bacalarından sevgi tüstüləyir. O həyatımıza girdiyindən bəridir hirslərimizi uduruq... Özümüzlə tanışlıq, verməyin almaqdan gözəl olduğunu, almağınsa verməkdən keçdiyini... Saymaqla bitməyəcək gözəllikləri həyatımıza daxil etməyin sevincini yaşadıq.Onun səsini ilk dinlədiyim gün, "dünyanı ən gözəl səsi" demişdim, yumşaq, sevgi dolu... Varlıq səbəbimizi, qul olmanın standartlarını elə gözəl ifadələrlə, elə gözəl bir üslubla izah etmişdi ki "bax budur" demənin xoşbəxtliyini dadmışdım. Sonrasında "Qələm, Onun adını zamana yazdığı kimi ürəyimə və həyatıma da yazmışdı!" Elə məsud, elə xoşbəxtəm ki bu an... Nə qədərdir içimə həbs olan gözyaşlarım getmək üçün yol axtarırdı, o da oldu ... Ağlamanın gözəlliyini daddıran Rəbbimə həmd olsun. Zamandan danışırdıq,dəyərli öyrədicimizin ifadələri ilə "xərcləndiyində geri gəlməyən ən qiymətli xəzinə" dən. İnsan bəzi şeylərin qiymətini, onu itirdikdən sonra anlayır. Zaman da bunlardan yalnız bir dənəsidir... Bəzən, elə üslubdan istifadə edirik ki... İçinə bir neçə çiçək əkmədən, insanın könülünü oxşayan o gözəl sevgi ifadələrini istifadə etmədən... Son dəfə gördüyümüzü bilə-bilə könül alan bir neçə sözcüyü qarşımızdakına söyləmədən. Bunlar bir tərəfə qalsın, Rəbbimizə aid olan zamanı Ona həsr etmədən yaşamağın ağrısını hansımız içimizdə hiss etmirdik ki... Halbuki hər şeyi bizim üçün yaradan Rəbbimiz bizi, Özü üçün yaratmışdı! Bu bədən, bu göz Onun idi. Bu ağıl, bu qabiliyyətlər, bu həyat... Bir əmanətçiydik, sadəcə vaxtı gəlincə
<< 1 [2] 3 >>
Cəmi 925 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 116 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024