İnsan olduğumuzu unutmayaq

İnsan olduğumuzu unutmayaq


Xeyirxahlıq məfhumu olmasaydı, insanlıq da olmazdı...Həyata, ətrafımıza nəzər salsaq, hər şeyin qoşa yaradıldığının şahidi olarıq: isti-soyuq, hündür-alçaq, gecə-gündüz, güclü-zəif, zəngin-yoxsul. Görürük ki, Allah(c.c) birisinə göz vermiş, başqasını kor yaratmışdır; biri sağlam, digəri xəstə, yaxud əlildir. İlk baxışdan insan buna təəccüblənir: nə üçün Allah hamını bərabər yaratmamışdır? Kimlərsə: - “Nə üçün bu bölgüdə hamıya eyni pay düşmür?” – deyə düşünə bilər. Bu sualın cavabını çox vaxt belə verirlər: “Ruzi məsələsində Allah birini digərindən üstün qılmışdır”. Bəzən insanlar səbrsiz, yaxud Allaha inamları zəif olduğundan, Allahın sifətlərini yaxşı bilmədiklərindən bu cür düşünə bilirlər. Halbuki, həmin insanlar ətraflarına diqqət etsələr, görərlər ki, Allah hamıya ruzini bol-bol verir. Kimisinə uşaqlığında, kimisinə gəncliyində, kimisinə qocalığında. Ruzi təkcə mal, mülk, yemək, içmək deyildir. Allah kimisinə çoxlu mal, mülk verir, digərinə gözəl, tərbiyəli övlad, başqa birisinə qiymətli qonşular, qohum və s. verir. Əgər insanlar hamısı bərabər yaradılsaydılar, onların bir-birinə yardım etmə ehtiyacı olmaz, o zaman da insanlar arasında heç bir əlaqə olmaz, insan toplum, cəmiyyət halında yaşaya bilməzdi. Doğrudan da əgər hər kəs ona verilən şeyin üstündə əssə, kimsə başqasına yardım, kömək etməsə, həyatın dadı, mənası olarmı? Əgər güclü zəifə, gözü olan kora, tox olan aca yardım etməyəcəksə, o zaman bizə insan deməyin mənası vardırmı? Uca yaradan yardımlaşmanı əmr edərkən onun əsas cəhətini belə müəyyən etmişdir: “...bir-birinizlə yaxşılıq etmək, pislikdən uzaq durmaq üçün yardımlaşın. Günah işləməkdə və pis əməllər törətməkdə yardımlaşmayın. Allahdan qorxun.” Xeyirxahlıq və
[1] 2 3 >>
Cəmi 836 nəfər oxuyub
Bəyənən (146) | Bəyənməyən (136)
Dostlarınla Paylaş

Saytda 81 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024