İnsan olduğumuzu unutmayaq

İnsan olduğumuzu unutmayaq


yardım həm maddi, həm də mənəvi olur. Yarımlaşmanın ən qiymətlisi mənəvi yardımlaşma hesab olunur. Bu gün dünyada insanlar maddi vəziyyəti pis olanlar, həmçinin müharibədən, təbii fəlakətdən zərər çəkən insanlara yardım etmək üçün müxtəlif cəmiyyətlər, təşkilatlar qururlar. Bu insanlığı göstərən başlıca amillərdən biridir. Nə yaxşı ki, bu gün bu ənənə yetərincə və layiqincə yerinə yetirilir. Bu gün danılmaz faktdır ki, uşaqlar evində gözü yollara dikilən neçə-neçə körpələrimiz var. Hətta normal həyat yaşamından məhrum olub, əlil kimi yaşamağa məhkum olunan uşaqlar da az deyil.Bu uşaqların həyatdan umduqları əslində maddi sevinc yox, mənəvi xoşbəxtlikdir. Gözlərində yaşanan sevincin işığı bunu anlamaq üçün kifayət edir. Bu gün onlar normal uşaqların sahib olduqları imkanlardan məhrum biridirlər. Onlar da qaynayıb qarışmaq, cəmiyyətin atılmış, kiməsə lazım olmayan bir üzvi kimi yaşamaq acısından xilas olmaq istəyirlər. Amma əlimizdə olan onların taleyini dəyişmək yox, onlara maddi və mənəvi dayaq durub, onların həyat eşqlərini sönməyə qoymamaqdır.Bəlkə də çoxları bunun fərqində belə deyillər...Lakin insan vicdanının səsinə qulaq asıb, bir saaatlıq belə özünü həmin gözüyolda uşaqların yerində görə bilsə...görə bilsə, demək onlar üçün yardım etməyi də düşünəcək. Allah ruzini bizə verir ki, onu paylaşmağı, ehtiyacı olanla bölməyi də unutmayaq. Unuduruqsa, bu insan olsaq da insaniyyətdən xəbəri olmamaq deməkdir bizim üçün. Tarix özü də heç vaxt xeyirxah əməlləri unutmur. Xeyirxahlığı ilə insanların qəlbində əbədi yer tutmuş şəxsiyyətlərimizi hamımız yaxşı xatırlayırıq. Gəlin unutmayaq ki, ən böyük əxlaqi vəzifə öz qəlbini xeyirxahlığa öyrətməkdən, başqalarına da bunu təlqin etməkdən ibarətdir. Xeyirxah iş,
<< 1 [2] 3 >>
Cəmi 848 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 62 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024