Vaxtın əhəmiyyəti

Vaxtın əhəmiyyəti


Bir bankda xəzinədar olduğunu düşün. Xəzinəyə hər səhər 86 400 dollar qoyulur. Amma bu pulun hamısını axşama qədər xərcləmək məcburiyyətindəsən. O biri gün hesabına köçürülə bilməz. Pulları xərcləsən də, xərcləməsən də hər axşam xəzinə boşaldılır. Belə olduqda sən nə edərsən? Əlbəttə ki, sən hamısını xərcləməyə çalışarsan. Hər birimiz zaman adlı bu bankın müştəriləriyik. Hər səhər 86 400 saniyəyə malik oluruq. Sabaha köçürülə bilməz. Hər səhər hesabımız dolar və hər axşam boşalar. Geriyə dönüş yoxdur. Saniyələri bu anı yaşayaraq xərclə. Ən gözəli isə bunlarla qazanc əldə etməyə çalış. Zaman gedir! Hər gün üçün əməllərin ən yaxşısını et. Bir ilin dəyərini anlaya bilmək üçün sinifdə qalan "bir tələbəyə soruş". Bir ayın dəyərini 8 aylıq uşağı olan anadan soruş. Bir həftənin dəyərini həftəlik jurnal çıxaran redaktordan soruş. Bir dəqiqənin dəyərini qatara gecikən yolçudan soruş. Bir saniyənin dəyərini bir təhlükənin (qəzanın) qarşısını ala bilməyən sürücüdən soruş. Qətiyyən unutma! Zaman heç kim üçün dayanmaz. Keçmiş zaman tarix, gələcək zaman məchul, bu an isə sənə verilən həqiqi bir hədiyyədir. "Həyat bir oyundur və biz insanlar da bu oyunun oyunçularıyıq!" Hörmətli Qadin.-lilər, bu xəbəri hazırlamağımın əsas səbəbi budur: İnsan vaxtının dəyərini mütləq bilməlidir. Yaşadığımız bu həyata, hər günümüzə və hətta atılan hər bir saniyə üçün Allahımıza şükr etməliyik. Hər şey pulla ölçülmür. İnsanlar vardır ki, pul içində yaşayır lakin elə bir xəstəliyi var ki, onun əlacı tapılmır. Gəlin vaxtımızın dəyərini bilək, zaman gedir onu saxlamaq mümkün deyil. Həyatda elə hərəkət etmək lazımdır ki, gələcəyə getdikdə, keçmişə baxanda etdiyimiz hər hansı hərəkət üçün utanmayaq və
[1] 2 >>
Cəmi 854 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 165 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024