Taleyini necə dəyişdirmək olar

Taleyini necə dəyişdirmək olar


Yəqin fikir vermisiniz, həyatınızda bir sıra hadisələr təkrarlanır və elə təsəvvür edirsiniz ki, bunları kimsə edir.Eyni zamanda elə fikirləşirsiniz ki, siz uğursuzsunuz. Öz taleyinizin ssenarisini müəyyənləşdirməyə çalışın. Taleyimizin ssenarisini kim yazır? "Taleyin ssenarisi" terminini transaksion nəzəriyyəsinin banisi psixoloq Erik Börn meydana çıxarmışdır. Adi anlayışda ssenari nədir? Bu pyes, kinofilm və nümayiş üçün öncədən yazılıb hazırlanmış bir plandır. Demək ki, pyes kimi həyatımızın da öz ssenarisi və onun müəllifi vardır.Əksər hallarda taleyimiz müəyyən yaş həddlərində müxtəlif faktorlar və insanların təsiri altına düşmüş olur. Hər halda həyatımızın baş ssenaristləri valideynlərimizdir. Əgər bu haqda düşünsəniz və öz tanışlarınızdan bir neçəsi haqda nələri isə yadınıza salsanız bu təsdiqin ədalətli olduğunu görəcəksiniz. Adi bir misal, qayğıkeş ana öz xəstə qızına deyir: "Özünü qoru! Sən mənim zəif bir qızımsan. Bilmirəm sən necə ailə quracaq və uşaq dünyaya gətirəcəksən!" Sözəbaxan qız anasının bu təkidlərinə əməl edir.Bu təsir altında böyüdüyündən о, özündə belə fikir formalaşdırır ki, heç vaxt ailə qurub dünyaya uşaq gətirə bilməz və sonu da məlumdur, həmin xanım ailəsiz və uşaqsız qalmış olur. Psixoloqlar uşaq yaşlarında eşitdiyimiz nağılları digər vacib anlardan biri kimi hesab edirlər.Siz uşaq yaşlarında ən sevimli nağılınızı yada salanda təəccüblənirsiniz.Məsələn, xanımlar uşaq yaşlarında hansısa bir ağ atlı oğlanın şahzadəni necə aparmasını illərlə beyinlərində daşıyır və formalaşdırırlar. Вelə ki, yetkinlik yaşlarında belə bu fikirlərdən əl çəkmirlər. Nəhayət evlənmək vaxtı çatanda da nağılda olduğu kimi həmin ağ atlı oğlanın onu gəlib араrması xəyalı ilə
[1] 2 3 >>
Cəmi 1005 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 99 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023