Sənin bəxtin bağlanıb.....

Sənin bəxtin bağlanıb.....


Falçılıq etmək niyyətim yoxdu bu gün, ümidlənməyin. Sadəcə günümüzün aktuallığın canlandırıb sizlərin də fikirlərini öyrənmək istədim. Vallah heç bilmirəm necə yazım, necə çatdırım ki, fikrimi, məni düzgün anlayasınız. Fikrim kimlərisə tənqid atəşinə tutmaq,kimlərinsə şəxsi işlərinə qarışmaq deyil. Allah hər kəsi bir cür yaradıb və hər kəsə də fərqli düşüncə verib. Mənim kimlərisə ittiham etmək həddim deyil. Danılmazdır ki, bu gün çoxlarının “əlac” bildiyi ünvan falçı qapılarıdı. Etiraz edə bilərsiniz, içinizdən çoxları – “mən falçı yanında olmamışam” – deyərək şərh yaza bilər. Amma kimin doğru olduğunu bilmək bizə çətin olacaq, təbii haldı bu da. Falçılığın tarixi çox qədimə bağlanır. Bunu incələyib ortaya gətirmək,nə də ki, növlərə bölüb xırdalamaq fikrim yoxdur. Onsuz da bu gün “falçı” adına müasirlik gətirənlər, hardasa özünü sığortalayanlar da tapılıb. “Öncəgörücülər” , “Ekstrasenslər”, nə bilim kimlər, kimlər... Bu gün bu mövzuda yazmaq mənə necə çətindi bir bilsəniz. Niyə? Çünki həyatım boyu falçı yanında olmamışam. Bir tək yuxuda görmüşəm ki, bir falçı “falıma” baxır, həm də elə bir söz deyir ki, heç inanmağım belə gəlmir, reallıqdan çox-çox uzaq olan bir ifadə işlədir. Bəlkə falçılara azacıq inamım vardısa da, alt-üst oldu o yuxudan sonra... Mənimçün maraqlı bilirsiniz nədi? Bəzən eşidirəm, deyirlər ki, filan falçı adamın üzünə baxan kimi keçmişi, gələcəyi haqqında nə var hamısını deyir. Necə deyir bunu, nə qədər doğru deyir, bircə bilsəydim... Bircə özündən razı olan bir falçıyla üz-üzə otursaydım, görərdim nə deyəcək mənim haqqımda?! Mənim mənə aid həyatımı mənə yad biri necə “oxuya” biləcək axı?! Bəlkə bu sualıma cavabda siz kömək edəsiniz mənə?
[1] 2 3 >>
Cəmi 1077 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 55 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023