Sənin bəxtin bağlanıb.....

Sənin bəxtin bağlanıb.....


Ümumiyyətlə, bu mümkün ola bilən bir şeylərdir, ya uydurmadır? Gəlin bir fikirləşək. Falçıya nə vaxt üz tuturuq? Kim ki, problemlər əlində aciz qalıb, kim ki, çıxış yolu tapa bilmir başlayır falçı axtarmağa. Daha başa düşən yoxdur ki, ay müsəlman, ay insan övladı, bu falçı “bəxt açan”, “iş düzəldən”, “bağlı qapıları açan” dırsa, niyə özünə bir gün ağlamır? Niyə gündə min cür insanın nəfəsi ilə üz-üzə oturmağa məcbur olur?!.. Burda haqlı olaraq irad tuta bilərsiniz ki, niyə, o qədər falçılar var ki, milyoner kimi yaşayırlar. İndi də mən sual verim: Milyoner kimi yaşayan falçı sənin dərdinin əlacını tapdımı? Səni də o “yüksəkliyə” qaldıra bildi, yoxsa... Hələ falçılıq edib, kimlərinsə malına, puluna sahib çıxıb boş ümidlər verənləri bir kənara qoyuram. Bunlar hardasa ikincilərin yanında şükürlüdü. Bəla : - “Gəl sənə bir dua yazım, gəl cadu etdir, apar filan məzarlıqda, filan qəbrə basdır, qıfıl gətir dua oxuyum dənizə atım, qurd yağı tap gətir, qara toyuğun yumurtasını gətir, nə bilim qənd gətir, noxud gətir, nə gətir bilmirəm axır ki, gətir” – bax budur. Daha anlamaq istəmirlər ki, bu cür əməllər edənlər onsuz da cəhənnəm odunda yanacaqlar, siz də onlara qoşulub günah etməyin. Bizi yaradan Allah, bizim taleyimizi yazıb, ondan başqası bunu pozmağa, dəyişməyə qadir deyil. Taleyimizi yazıb və hər kəsə də özünə yetəcək ağıl verib. Bu ağıldan düzgün bəhrələnməyənlər, elə falçı qapılarında günün keçirəcəklər, digərləri də məlumdur... Hətta elmi biliklərə əsaslanan astroloqlar belə ulduzların düzülüşünə görə verdikləri proqnozlarda dəqiq bir şeylər deyə bilməzlər. Ulduzlar nə qədər ucalıqda olsa da, ondan ucada bizi yaradan ALLAHIMIZ dayanıb. Gəlin, karta, kofeyə, ağaca, divara, onun “dedikləri” nə
<< 1 [2] 3 >>
Cəmi 1100 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 129 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024