Sevənlərin davranış mədəniyyəti

Sevənlərin davranış mədəniyyəti


Məhəbbət elə bir hissdir ki, o, yaşından, cinsindən asılı olmayaraq hər kəsin könül qapısını açır. Sizin aranızda da elələri var ki, bu hiss artıq onun varlığına kövrəkcəsinə qədəm basmışdır. Sən də gec-tez məhəbbəti xoş bir duyğu kimi salamlayacaqsan. Budur, artıq nəsə səni narahat edir, gecələr yuxun qaçır, baxışlarını tavana zilləyib fikrə gedirsən. Yadına həmin qız (oğlan) düşür. Axı niyə onunla danışanda səsin titrəyir, üzbəüz gələndə özünü itirir, görməyəndə darıxırsan?Hərdən oğrun-oğrun baxışırsınız, qəflətən nəzərləriniz toqquşur, yanaqlarınız xəfifcə allanır..... Bəlkə bu məhəbbətdir? Əlbəttə, sevirsən. Amma yadında saxla ki, məhəbbətinizin uğurlu olması əsasən özünüzdən asılıdır. Hisslərinizin möhkəmliyindən, qarşılıqlı münasibətlərinizin xarakterindən asılıdır. Yüksək davranış mədəniyyətinə yiyələnmək, ünsiyyət prosesində müəyyən əxlaq qaydalarına əməl etmək sevgililərin bir-birinə münasibətini daha da yaxşılaşdırır. Qıza qarşı kobudluq oğlan üçün bağışlanılmaz səhvdir. Oğlan başa düşməlidir ki, bu gün onunla eyni parta arxasında oturan qız sabah ər evində bir anadır! İlk gənclik məhəbbətində hiss əsas rol oynayır, gənclər sevgilini çox vaxt gözəl olduğu üçün seçib bəyənir. Yetkin məhəbbətdə tərəflər çox vaxt ölçüb-biçir, götür-qoy edir.Bu dövrdə onların seçicilik duyumu və tənqidi yanaşma qabiliyyəti, məntiqi təfəkkürü formalaşır. Sevənlər bir-birinə qarşılıqlı tərbiyəvi təsir göstərirlər. Biri digərinə öz nöqsanını düzəltməkdə, çətinlikləri aradan qaldırmaqda lazımi məsləhət verir. Bir sözlə, oğlan və qız seçdiyi şəxsin xatirinə özünü təkmilləşdirir. Buna görə də deyirlər ki, məhəbbət insanı nəcibləşdirir, xeyirxah və səmimi edir.Lakin bəzən oğlan
[1] 2 >>
Cəmi 946 nəfər oxuyub
Bəyənən (170) | Bəyənməyən (155)
Dostlarınla Paylaş

Saytda 40 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024