Sevgimizin rəmzi mələk...

Sevgimizin rəmzi mələk...


..Dünyanın bəxtəvəriyəm bu gün...çox xoşbəxtəm həm də...uzun illərdən sonra sənlə görüş günümüzdür...Birdən gözüm divardakı saatın əqrəblərinə sataşdı.Lap az qalıb ki..mənsə hələ heç yatağımdan qalxmamışam. Yadıma salmağa çalışıram, nələr edəcəydim, ilk nədən başlamalıydım...ehh, əllərim əsir, bu nədi heç bu qədər həyacanlı olmamışdım...Yadıma düşdü... səndən mənə ən dəyərli hədiyyəni götürməliyəm bu gün...Orta məktəbin son sinfindəydik utana-utana mənə bükülü bir kağız uzatmışdın... ...Zəngin gur səsi sinif otağını bürüdü, hər kəs elə bil bu anı gözləyirdi. Çantalar an içindəcə yığışıldı, hamı tələsik qapıya tərəf qaçdı.Son dərs idi evə tələsirdik. Həmişəki kimi bu gün də sinfi axrıncı tərk etdim. Pilləkənləri enib birinci mərtəbədə yerləşən müəllimlər otağına keçdim. Rəfiqəm həyətdə məni gözləməli idi, gecikməyim deyə addımlarımı yeyinlətdim.Jurnal əlimdə direktor otağına keçdim. Fizika müəlliminin bəzi qeydləri vardı onu direktorla müzakirə etməliydim. Söhbətimiz uzun çəkmədi. Otaqdan çıxarkən çevrilib müəllimlərlə sağollaşdım. Qapını açarkən üz-üzə gəldik: “Niyə hələ getməmisən?”-ilk sualım belə oldu. Həmişəki kimi yenə gözlərimin içinə baxa bilmədi, gözünü az qala ayaqqabılarımın ucuna dikib: “Sənə sözüm var”- dedi...”Eşidirəm səni”-gülə-gülə dilləndim. Ovcunun içində nəsə saxlamışdı, hiss edirdim ki, nəsə vermək istəyir,amma tərəddüd edir. Onu bir qədər də cəsarətləndirmək üçün ərkyanə: “Səni gözləyirəm...axı məni də gözləyirlər, sözünü de”- dedim və gülümsədim... Əlində tutduğu kağızı mənə tərəf uzatdı: “Burda açma, xahiş edirəm, evə çatanda oxuyarsan”-dedi və sürətlə uzaqlaşdı...Rəfiqəm gəldi bu vaxt: “Harda qaldın? Səni
[1] 2 3...6 >>
Cəmi 1021 nəfər oxuyub
Bəyənən (184) | Bəyənməyən (155)
Dostlarınla Paylaş

Saytda 118 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024