Sevəndə bədənimizdə nələr dəyişir?

Sevəndə bədənimizdə nələr dəyişir?


Aşiq olanda qarnımızda kəpənəklər uçduğunu, qəlbimizin tez-tez döyündüyünü deyirik. Bəs aşiq olanda həqiqətən də bədənimizdə və beynimizdə dəyişiklər olduğunu bilirsinizmi? Eşqin 3 mərhələsi vardır: 1.İstək 2.Özünə çəkmək 3.Bağlılıq Hər eşq və aşiq bu mərhələləri yaşayır. İstək passiv bir faktdır və belə demək olarsa, qarşınızdakını dəli kimi arzulamakdır. Cazibədarlıq isə bir növ gözləri kor edən təsirdir. Birinin diqqət mərkəzindəsinizsə ya da romantizm sizi əsir aldısa, ümumiyyətlə məntiqli düşünə bilməzsiniz. "Eşqin gözü kordur " atalar sözünün əslində nə qədər doğru olduğunu bu zaman hiss edirsiniz. Təsirləndiyiniz adamın bəzi xüsusiyyətləri gözünüzü tutacaq və onu istəməkdən özünüzü saxlaya bilməyəcəksiniz. Bu mərhələ isə tamamilə bioloji quruluşumuzla əlaqəlidir. Bağlılıq isə eşqin bir müddətə uyğunlaşan halıdır. Eşqin cadusundan yavaş -yavaş həqiqətə doğru addım atdığınız mərhələdir. Bu mərhələdə problemlər yaşaya bilərsiniz və ancaq güclü əlaqələr davam etməyi bacarar. Eşqlə əlaqədar maraqlı məlumatlar… MRI göstərmə sistemiylə eşqin beynin bir bölgəsində hərəkətlərə səbəb olduğu məlum olmuşdur. Eyni bölgə narkotik asılılığı olduqda da təsirlənir. Eşqin ilk mərhələlərində beynin seks motivi və bağlılıq kimi bölgələri aktiv hala gəlir. Aşiq olduğunuzda qandakı serotonin səviyyəsi düşür. Eyni təsir obsesiv-kompulsiv pozğunluqlarda da müşahidə edilmişdir. Yəni aşiq olduqda beynimizdə nələr olur ? Eşq, narkotik asılılığı, obsesiv-kompulsiv pozğunluqlar və digər beyin problemlərin meydana gəldiyi bölgələrdəki molekulların qarşılıqlı təsiri nəticəsində meydana gəlir. "Eşq kimyası" olaraq bilinən Dopamin beyində xoşbəxtlik hissi yaratmağa başlayır. Yüksək miqdarlardakı dopamin eyni
[1] 2 >>
Cəmi 937 nəfər oxuyub
Bəyənən (158) | Bəyənməyən (144)
Dostlarınla Paylaş

Saytda 69 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024