Səni sevmək əzabımmış...

Səni sevmək əzabımmış...


ayırdı. Sərin meh qalxmışdı. Saata baxdım, görüş vaxtından xeyli keçmişdi, hava da qaralmışdı. Demək... gəlmədin.İki seçim qarşısındaydıq həmin gün.Sən ayrılığı seçdin. Məni xəyallarımla baş-başa qoyub, özünsə yoluna davam etdin. Bu yol doğrunmu, yanlışınmı olacaqdı, bunu zaman göstərəcəkdi hələ. Sən sevgimizi mənim üstümə atıb getdin. Məni xəyallarımın əsirinə çevirib getdin... Çevrilib sevgimizə şahidlik edəcək agacın gövdəsindəki əyri-üyrü yazılara bir də baxdım. Sevgilər şahidi olmuş ağaca.Ağacı qınadım...Bəs bizə niyə şahidlik edə bilmədin, niyə? Qeyzdən bu sevgi sözlərini pozmaq üçün yerdən tapdığım dəmir parçasıyla cızıq-cızıq etməyə başladım hamısını. Hiss etdim ki,ağlayıram. Gözlərimin yaşı sel kimi yanağımdan axırdı...Başımı qaldırıb ağacın gövdəsinə nəzər yetirdim. Yarpaqlardan başıma,sifətimə düşən damlalar hislərimi yerindən bir az da oyatdı. Elə bil ağac da aglayırdı. Birdən ağlıma elə gəldi ki,ağac mənim halıma ağlayır. Tez burdan qaçmaq,uzaqlaşmaq istədim... Sənə aparan sənsiz yollarımla qaçaraq itmək istədim bu sənsizlikdə...Səni itirim deyə, xəyalını da unudum deyə qaçmaq istədim... Gör neçə müddətdir görüşmürük biz, Gör neçə müddətdir sənə həsrətəm. Mən elə bilirdim səni unutmaq Səni sevməyimdən asan olacaq... ...Bu gün nədənsə dənizi xatırladım. Elə bil dənizlə danışmağa ehtiyacım vardı. Evdən çıxıb birbaşa dənizə üz tutdum.Üzümdəki cizgilərdən, baxışlarımdan həmən hiss olunur ki, yenə tənhayam... Durmuşam sahildə tənha, bir dənizdir, bir də mən, Gözdən itmiş sanki dünya, bir dənizdir, bir də mən... İllər keçib,amma mən nədənsə xəyalımdakı görüşün xəyalını xatırlayıram yenə də. Bəlkə də məni bu xəyal çəkib gətirib bu sahilə, bəlkə də sənin halının
<< 1 [2] 3 4 >>
Cəmi 943 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 94 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024