Səni sevmək əzabımmış...

Səni sevmək əzabımmış...


şahidi olmaq üçün gəldim bu gün dənizə. Bu gün sənin halına... yox ,yox elə ikimizin də halına dəniz şahidlik edəcəkdi... Çox sakitdir dəniz bu gün. Dalğalar sanki sahili yumaq üçün tələsir, bir-birlərini qovurdu,hərdən tək-tək qağayılar ötüşürdü. Yer axtarırdım ki, kiçik bir daşın üstündə oturub dənizlə dərdləşim... Sən məndən əvvəl gəlibsənmiş... Oturmaq istədiyimi hiss edib: “Lap yaxınımda əyləş...”, “havada sərinlik var, üşüyərsən” – dedin. Mən səndən bir qədər aralıda ətəyini dalğalar yuyan daşı seçdim. “Sənin “yanın” seçilib artıq, mən yerimi bilirəm” -deyə, gülümsəyib üzünə baxdım... Sən məndən də dərdli görünürdün. Bu gün,demə, sənin mənə ehtiyacın varmış...Bir vaxt mənim sənə ehtiyacım olduğundan da çox... Nə qəribədir, qoşa addımlamaq üçün yaranmışlar qoşa addımlaya bilmirlər?! Niyə mən o görüşə gəlmədim, niyə sən var ola-ola səni seçə bilmədim?! Niyə qarşıma indi və bu halımda çıxdın?! Hər şey üçün çox gec olduğu bir zamanda... axı niyə?.. Mən səni çox sevirəm, hər gün bunu bir daha anlayıram, sənsiz yaşamaq mənə əzab olacaq indən belə. Gəl əl-ələ tutub biz olmayan yerə gedək...mənlə gedərsənmi? Mənim olasan deyə sənin yolunda hər oddan keçərəm, məni tək qoyma, məni bu halımla tənha qoyma...mənlə gedərsənmi? Sualların dayanmadan üstümə yağırdı... Sən demə mən səndən dözümlü imişəm... Səni təsəlli edəcək sözlərə ehtiyac yox idi. Bu görüş ilk və son olmalıydı. Sənə bunu deməliydim, sən bunları eşitməli idin istəməsən də: gecikmiş sevgini cucərtmək kimə lazımdı indən belə? Cücərib gül açmayacaqsa, açsa da bir gül ömrü yaşamamış solacaqsa, cücərməsi üçün bəlkə heç çalışmayaq? Hansı yolla səni ovutmaq istədimsə, alınmadı. Sən artıq adımı qəlbinə elə həkk
<< 1 2 [3] 4 >>
Cəmi 948 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 104 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024