Səni sevmək əzabımmış...

Səni sevmək əzabımmış...


Bu dünyanı nağıl bilək, Sən,mən, bir də xatirələr. Həmin küçə,həmin şəhər, Bilirəm ki,hara getsəm, Yenə məni izləyirsən, O küçənin döngəsində, O ağacın kölgəsində Yenə məni gözləyirsən… Hə,bu lirik,bir az da təəssüflü notlarla xəyalımda səninlə görüşəcəyimiz ilk günə qayıdıram. Yenə həmin yol,yenə həmin bağ…Bir vaxt neçə sevgilinin sinəsinə həkk etdiyi sevgi sözləri və bizim ikimizin də “sevgi ağacı” adlandırdığımız həmin ağac…Çiynimi gövdəsinə dayayıb səni gözləyirdim.Gecədən sübhədək xəyalımda yaşatdığım bu görüşün qəhrəmanı – Səni… Sən uzun gecəmin sevgi nağılı, Sən mənim ən şirin məhəbbətimsən. Ulduz tək yoluna səpələnim qoy, Qaranlıq almasın səni əlimdən. Bu sevgim ömrümə işıq saçacaq, Bu sevgim əbədi eşq dastanımdır. Sən mənim yazılan qismətimə bax, Bu sevgi bəlkə də dərd ortağımdır… Görüşə oğlanlar ilk gələr deyirlər.Mənsə bu gün səndən əvvəl gəlmişəm. Görəsən niyə tələsmişəm? Niyə bu qədər səbrsiz olmuşam? ..Heç özüm də bilmirəm…amma səni gözləyirəm. Gözümü göz işlədikcə uzanan yollara dikib səni gözləyirəm… Xəyalını qarşılayıram. Özün kimi xəyalın da gözümə görünüb tez də itir…Bəlkə heç gəlməyəcəksən? Bəlkə elə təkcə xəyalınla görüşəcəyəm? Qollarım sinəm üstə çarpazlaşmış halda altında səni gözlədiyim ağacın gövdəsinə söykənib fikirləşirəm…xəyallar yenə hisslərimə hakim kəsilir,aparır məni lap uzaqlara… Sənsiz bu dünyanın yükü ağırdı, Çəkə bilməyəcəm, bilirəm bunu. Başımı çiyninə qoyub rahatca Sığınmaq istərəm sənə, əzizim. Qoyma yollarında gözümü belə, Bu gözlər sənsizlik yaşaya bilmir. Məni ayrılığa öyrətmə belə, Bir təndən olanlar ayrılıq bilmir... Yarpaqların həzin pıçıltısı məni də şirin xəyalımdan
[1] 2 3 >>
Cəmi 937 nəfər oxuyub
Bəyənən (172) | Bəyənməyən (177)
Dostlarınla Paylaş

Saytda 64 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024