Sevgi

Sevgi


Bu gün mən sevgi haqqında qısa olaraq danışacam. Sevgi mənim həyatımdı. Mənim həyatım bütünlüklə sevgi üzərində qurulub. Sevgi haqqında çox şey yazmaq olar. Amma,mən sizlərə qısaqca məlumat vermək istədim. Buyurun oxuyun. Sevmək,birini sevmək,sevilmək çox gözəl bir duyğudur. Amma,sevgidə çətinliklər,maneələr olduqda insan istər-istəməz hayatdan bezir sanki. Bu çətinliklərdən keçərək böyüyür. Hayatın ona öyrətdikləri ilə davam edir yoluna. Elə xanımlar var ki,yoldaşını sevir. Onunçün hər şey edir. Onun sevgisini qazanmaq üçün hər yola əl atır. Amma,bəzi kişilər bunu anlayır xanımların davranışına qarşılıq verir. Bəzi kişilər də var ki,heç bunu anlamır. “bu etdiklərini heç anlamıram. Bu nədir ki,belə edirsən?”-kimi sözlər deyirlər. Əslində bunu etməli deyillər. Çünki,o kişi sevməsə də,onu sevən bir ürək var və o sözü dedikdə o ürək çox qırılır. Əsl sevgiyə inanan xanımlarımız çox azdır. Saytda sevgi haqqında şərhlərindən gördüm mən bunu. Mən o xanımlara demək istəyirəm ki,mənim fikirimcə yaşadığım hayatda əsl sevgi var. İllərlə sevən,bütün ömrünü sevgiyə həsr edən insanlar var. Allah hər insanın qarşısına əsl sevgi çıxarır. Söhbət qarşı cinsə duyulan sevgidən gedir. Amma,o sevgini qoruyub saxlamaq,qədrini bilmək lazımdır. Hər insanin ürəyində ilk sevgisi olur. İlk sevdiyin an sanki dünya dayanır. Elə düşünürsən ki,bu dünyada bir sən varsan bir o var. Hər şey yuxuya bənzəyir. Sevən zaman insanın özü də çox dəyişir. Xəsis insanlar əlaçıq olur,qaraqabaq insanlar gülür,hayatdan ümidi qırılan insanlar hayata daha ümidlə baxmağa başlayırlar. Qarşılıqlı sevgi yaşamaq çox gözəldir. İnsan sevmədən öncə özünü düşünürdüsə,artıq sevən zaman bunu edə bilmir. Çünki,özündən çox sevdiyi,özündən çox düşündüyü biri var
[1] 2 >>
Cəmi 866 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 107 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023