İtirilmiş arzular

İtirilmiş arzular


Yağış Bir gün yağış damlası olmaq istədim... Saçlarına yağmaq istədim, saçlarından kipriklərinə damlamaq istədim, kipriklərindən yanaqlarına damlamaq istədim mən... İstədim ki, bir damla kimi son mənzilim dodaqların olsun. Görən bu yol uzaqdırmı, yaxındımı?! Hər halda,yağış damlasının ömrü insan ömrü ilə ölçülməz. Amma mən yağış damlası olmaq istədim... Həyat yolu saçlarından başlayıb dodaqlarında bitən bir yağış damlası.... Tənha sahil Mən, sən, dəniz... Tənha sahil, bir də açıq səma! Sən və dəniz! Və sənin məchulluğa tuşlanan baxışların... Baxım gözlərinə, dənizdən də dərin gözlərinə. Dənizdə axtardığım sonsuzluğu tapım gözlərində. Sən və dəniz....və mənim tənhalığım. Bax, o sahildəki tənha dəniz fənəri kimi, sahldən qopub dənizə düşmüş ada kimi...Nə o fənərin işığı yanacaq, nə də o adaya gəmilər yan alacaq...Mənim tənhalığım mənimdir, əzabım da mənimdir, kədərim də. Qəlbimdə böyüdüb oradaca dəfn etdiyim arzular kimi, amma sevgim isə sənindir...Sənsiz günlərimdə mənə qalan sənli xatirələr oldu, sənsiz günlərimdə mənə qalan tənha otağım və külqabı içində ölmüş siqaretlərin dumanı oldu. Bəzən xəyalın o siqaretlərin dumanına qarışıb gələrdi, qonağım olardı, gözlənilməz sevinc kimi! Xəyalın heç danışmazdı, susqun baxardı, baxardı...Sevinərdim! Amma ürəyimin naşı bir rəssam kimi gözlərimdə həkk etdiyi qüssə portreti silinməzdi... Sən dənizə baxırsan, mən sənə baxıram.. Baxma, əzizim, baxma! O tayın sahili yox... Baxma! Mənim gözlərimə bax, əgər sahil tənhalığının soyuğunu duymaq isteyirsənsə, gözlərimə bax...Titrək əllərindən tuturam, külək saçlarını üzümə dağıdır...İllərin qəlbimdə əsir etdiyi sözləri sənə pıçıldayıram... Amma sözlərim sahil qayasına çırpılaraq sonunu tapan dalğanın
[1] 2 >>
Cəmi 974 nəfər oxuyub
Bəyənən (210) | Bəyənməyən (176)
Dostlarınla Paylaş

Saytda 177 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024