Sevgi nə deməkdir?

Sevgi nə deməkdir?


İnsanlar sevgini müxtəlif dildə anlayır. Müxtəlif dildə bir-birlərinə "Səni sevirəm" deyirlər.Bəzi xanımlar sevgini başqa yollarla anlatmağa çalışırlar. Mən də sevgini sizlərə bu yolla anlatmağa çalışacam... Sevgi- öncə “Mən”yerinə “sən” deyə bilməkdir. Özünü düşünmədən öncə sevdiyin insanı düşünməkdir. Onun yanında rahat olmaq,onunla xoşbəxtliyi düşünməkdir. Hər nə olursa-olsun yanında olacağına,seni sevəcəyinə inanmaqdır . Sevgi- sevdiyin insanın ürəyinin gözəlliyinə və sevgisinə inanmaqdır. Onu xoşbəxt etmək uğrunda mübarizə aparmaqdır. Sevgi sevdiyin insanın gözlərinə baxan zaman ürəyinin bərk döyünməsidir. Sevgi- sevdiyin insana hörmətlə yanaşmaq,varlığıyla fəxr etməkdir. Həm kədəri,həm sevinci paylaşmaqdır. Sevgi - sədaqət,vəfa,bağlılıqdır. Məsuliyyət deməkdir. Sevgi - anlayış,səbrdir. Sevgi risk etməkdir. Xoşbəxtliyə gedilən yolda risk etmək deməkdir. Sevgi - ümid deməkdir,həyatdır. Bir ürəkdə yaşayan iki can olmaqdır. Sevgi - insan ola bilməkdir. Amma ən böyük sevgi Allaha duyulan sevgidir.Çünki bir qəlbdə Allah sevgisi olmadıqdan sonra o qəlb başqasını da sevə bilməz. Sonda hər birinizə sevgi dolu həyat və sevgi dolu ailə azrulayıram. Sevən qızlardan isə xahişim budur ki, sevdiyi insanlardan heç vaxt əl çəkməsinlər. Nə olursa-olsun, sevgi uğrunda mübarizə aparsınlar. Çünki,qazanan sevgiolacaq....
Cəmi 931 nəfər oxuyub
Bəyənən (191) | Bəyənməyən (175)
Dostlarınla Paylaş

Saytda 57 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024