Sevdiyiniz kişini xoşbəxt edin.

Sevdiyiniz kişini xoşbəxt edin.


gözündə böyüyəcəksiniz. Ona görə ki, ona inandınız, onun gücünü və imkanlarını qiymətləndirdiniz. Siz ona etibar etdikcə o da öz ailəsində və qərarlarında məsuliyyəti öz boynuna götürəcək. 3-Ona mənəvi zövq verin. Sözlərinizlə, emosiyalarınızla, hərəkətlərinizlə. Sizin bu davranışınızdan güc alacaq və özünü əsl "igid atlı" kimi hiss edecək. Sizin bu hərəkətlərinizin qarşılığını sevgisilə qaytaracaq. Amma bunu müntəzəm edin. Ona köləlik etməyin, qulluq edin. Bunlar tamam fərqli şeylərdir. Siz əsl şahzadə olmalısınız, qulluqçu deyil. Bununla da siz özünüzü dəyərləndirmiş olacaqsınız. O da sizə kainatın ona bəxş etdiyi bir hədiyyə kimi baxacaq. Hər zaman güclü və xoşbəxt bir qadın olun. Güclü qadın evinə-eşiyinə yanan, bir neçə övlad dünyaya gətirib onları böyüdən qadın deyil. Güclü qadın öz ailəsində xöşbəxt ola bilən,ərinə hörmət edib,güzəştə gedə bilən, onu sevən, ərini olduğu kimi qəbul etməyi bacaran qadındır.
<< 1 [2]
Cəmi 912 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 169 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024