Sevdiyiniz kişini xoşbəxt edin.

Sevdiyiniz kişini xoşbəxt edin.


Melumat:
Əziz xanımlar, bu gün qadının öz ailəsində xoş aura, əri ilə gözəl münasibət və harmoniya yaratmasında vacib olan 3 əsas amili nəzərinizə çatdırmaq istəyirəm. Bu mövzuda zaman-zaman bir çox fikirlər irəli sürülsə də, hər kəs və ailəsi individualdır. Lakin bəzən kənardan verilən məsləhətlər də işə yarayır. İnanıram ki, yazdıqlarımın sizə az da olsa faydası toxunacaq. 1-Ona hörmət edin. Ancaq bir şərtlə, ağılla deyil, həqiqətən istədiyiniz üçün, ürəkdən. İlk öncə ona kişi olduğu üçün hörmət edin. O, sizdən daha yaxşı deyil, amma fiziki olaraq sizdən göclüdür. Onun gücü olmadan siz bir çox şeyə nail ola bilməzsiniz. Kişilər həyatımızda ən mühüm varlıqlardır. Hansı ki, biz onları sevir və bütövlükdə onlara arxalanırıq. Kişiyə hörmət etdikdə və əhəmiyyət verdikdə o daha güclü və özünə inamlı olur. Sürətlə öz kariyerasında və şəxsi həyatında uğurlar qazanır. Sizi daha çox sevir və hörmət edir. Yəni, bu da sizin uğurunuzdur! 2-Ona güvənin. Özünə etibar edildiyini bilmək kişilər üçün çox vacibdir. Qadın kişiyə güvəndikdə və bütün situasiyalarda ona arxalandıqda kişi də öz növbəsində özünün həqiqi imkanlarının fərqinə varır, daha çox şeyi və daha yaxşısını əldə etməyə çalışır. Kişiyə etibar etdiyini göstərməyin ən sadə üsulu ona tabe olmaqdır. Tabe olmaq və onun qərarlarına boyun əymək (hətta öz daxilinizdə bununla razılaşmasanız belə) boyük və müdrik ürəyinizin bacarığıdır. Hansı ki, bu sizə xoşbəxt olmaq üçün yetərlidir. Qətiyyən höcətləşməyin və özünüzün daha ağıllı olduğunu sübut etməyə çalışmayın. Ən yaxşısı onunla razılaşmaq və öz qərarlarında məsuliyyəti onun boynuna atmaqdır. Hətta o düzgün olmasa belə. Sonradan o öz sehvlərini görüb həll ederək böyüyəcək, siz də onun
[1] 2 >>
Cəmi 903 nəfər oxuyub
Bəyənən (180) | Bəyənməyən (154)
Dostlarınla Paylaş

Saytda 50 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023