Qısqanc kişi ilə nə etməli!?

Qısqanc kişi ilə nə etməli!?


söz-söhbətlər, dava-dalaşlar, qısqanclıqlar yox olmağa başlayır, çünki bunu yaradan səbəbləri aradan qaldırmısınız. Əgər həyat yoldaşınız sizi başqa kişilərə qısqanırsa, o zaman öz davranışlarınızı kənardan qiymətləndirməyə çalışın. Ola bilsin ki, siz özünüz də bilmədən sevdiyiniz insana qısqanclıq səbəbi verirsiniz. Öz tanışlarınıza qarşı səmimi bir təbəssümünüz özü-özlüyündə heç bir pis niyyətli anlam daşımır, lakin ola bilər ki, həyat yoldaşınız sizin bu hərəkətinizi tamamilə başqa yöndə anlayır və bunu flirt kimi qiymətləndirir. Ola bilər ki, siz açıq-saçıq geyinirsiniz, bu da həmçinin qısqanclıq üçün səbəb ola bilər. Belə olan halda qısqanclıqla mübarizənin bir üsulu var: Öz tərəf müqabilinizi qısqanclığa təhrik etməmək. Özünü daha təmkinli aparın, qarderobunuzu dəyişin. Hər ikinizin fikirlərində ortaq məxrəcə gələrək güzəştə getməyə çalışın. Qısqanclığın səbəblərindən biri da həyat yoldaşınızın özünə inamsızlığı ola bilər. Buna görə siz ona özünüqiymətləndirmədə kömək etməlisiniz ki, onun özünə inamı artsın. Bunun üçün onu tərifləyin, onun təqdirəlayiq bütün hərəkətlərini yüksək qiymətləndirin, həvəsləndirin. Ona valeh olduğunuzu hiss etdirin, göstərin ki, siz ona ehtiyac duyursunuz. Yalnız bu cəhdlərinizi ifrat dərəcədə edib, onun sizə yüksəkdən aşağı baxmasına imkan verməyin ki, sonra siz onun özünəinamını normallaşdırmaqla mübarizə aparmalı olasınız. Bəzən kişilər özləri günahkar olduqlarına görə qısqanır. Bu zaman siz bu məsələni həll etmək istəyinizin olub olmaması barədə qərar verməlisiniz. Hər şeydən asanı ayrılmaqdır – lakin bu çıxış yolunun sizə xoşbəxtlik gətirib-gətirməyəcəyi əsas məqam kimi düşünülməlidir. Ən yaxşısı budur ki, siz elə edin ki, həyat
<< 1 [2] 3 >>
Cəmi 862 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 78 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024