Kişilər ağlamır.

Kişilər ağlamır.


var. Özünü tox tutmağa çalışır, ancaq içəri axan göz yaşlarını görməmək mümkün deyil. Bunu ən çox hiss edən də qızı olur. Ona görə də ata ilə görüş səhnəsi həmişə ürəkdağladıcı olur. Qız bu anda ağlasa da, ata göz yaşı axıtmır. Özünü təmkinli apararaq , titrək səslə qızına xeyir-dua verən atanın təkliyə çəkilərək gizlində ağlayıb ürəyini boşaltması nə qədər təbiidir. Çox vaxt qadınlar təəssüflə qeyd edirlər ki, oğlan uşaqlarının tərbiyəsində kişilərin rolu az olur, bunun da nəticəsi olaraq kişilərdə xalis kişi keyfiyyətləri özünü göstərmir. Bu bir həqiqətdir. Lakin biz qadınlar bu həqiqəti qəbul edərək, ağır kişi tərbiyəsinin sərt qaydalarına riayət edib həqiqi kişi yetişdirə bilirikmi?Kişi ağlamaz - bu, kişi tərbiyəsi üsulunun ən mühüm və ən vacib hissələrindəndir. Çox düzgün bir fikirdir, lakin bunu da ağılla və düşüncə ilə aşılamaq lazımdır.Çətin vəziyyətlərdə ağlamağı deyil, çıxış yolu tapmaq üçün hərəkət etməyi öyrədilən oğlanlar nadir hallarda göz yaşı axıdır. Ağlayanlar ən çox nə etmək lazım gəldiyini bilməyənlərdir. Ağlamaqla ətrafakıların onlara rəhm etməsini, yardım etməsini gözləyirlər.Oğlan uşağı yıxılıb dizini əzir. Nənə qollarını açıb: "Can ay bala, nənən qurban, çox ağrıdır? Gəl qucağıma" - deyib uşağı qucağına alır. Təbii ki, uşaq bu nəvazişdən kövrəlib ağlayır. Kimsə sənin ağrını hiss edib, qayğı göstərəndə ağlamaq istəyirsən.Qadınlar uşaqlara, köməksizlərə, bədbəxtlərə daha çox qayğı və mərhəmət göstərməyi sevirlər. Lakin belə tərbiyə metodu qızlar üçün daha əlverişlidir, oğlanlar üçün yox. Meydançada topla oynayan uşaqları müşahidə edin, yanında anası və ya nənəsi olan oğlan uşaqları daha çox ağlayırlar. Tək olan uşaqlar isə yıxılanda tez
<< 1 [2] 3 4 >>
Cəmi 875 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 84 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024