Kişilər ağlamır.

Kişilər ağlamır.


ayağa durub üstünü təmizləyir və heç nə olmamış kimi topun dalınca qaçırlar. Çünki onlar çox vaxt ağrıdan deyil, böyüklərin onlara mərhəmət göstərməsi, halına acımaları üçün ağlamağı sevirlər. Belələri böyüyəndən sonra da ağlamağa davam edərlər. Təbii ki, artıq böyüklərin yanında deyil, tək olanda ağlayırlar - özlərinə acıdıqları üçün, özlərini köməksiz hiss etdikləri üçün.Gözlənilməz vəziyyətə düşüb ağlamağı çıxış yolu kimi görən oğulun göz yaşlarına şahid olan ata nə etməlidir? Səssizcə ağlayan oğlunun çiynini qucaqlamalıdır. Oğlan birdən-birə kişiləşmir, ondan çox şeyi eyni anda tələb etmək olmaz. Hər şey üçün zaman lazımdır. Lakin bir şey yaddan çıxmamalıdır. O da doğru istiqamətdir: "Ağlamaq olmaz. Kişi ağlamalı, ah-zar etməməlidir. O,çıxış yolu axtarıb tapmaq üçün hərəkət etməlidir. Kişi güclü olmalıdır". Eyni zamanda oğul nəvəsini tərbiyə edən nənədən bunu tələb etmək də inandırıcı olmaz. Ağlayaraq imdad istəyən, yazıq gözlərlə nənəsinə baxan sevimli nəvəsinə: "Ağlama! Sən ki, qız deyilsən!" - deməyə nənənin heç vaxt ürəyi gəlməz. Lakin tərbiyə ilə ata məşğul olarsa, bu, artıq başqa məsələdir və bu işdə onu mütləq dəstəkləmək lazımdır. Çox inanmaq istərdik ki, qadınlarımız elə kişilərlə ailə qurublar ki, tam arxayınlıqla onların tərbiyəsinə etibar edirlər. Sevindirici hal olar ki, hər uşağın atası yanında olsun. Sözün əsl mənasında əsl ata. Uşağı üçün nümunə olan əsl kişi.Qadın ağlayar, çünki yanında onu anlayan, onu müdafiə edib arxa-dayağı olan kişi var. Təsəvvür edin ki, ən ağır vəziyyətdə kömək olmaq əvəzinə kişi özü ağlayır. Belə olduqda qadın köməksiz, arxasız qalır. Ona görə də kişi güclü olmalıdır ki, qadını arxasız, köməksiz qalıb bədbəxt
<< 1 2 [3] 4 >>
Cəmi 871 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 162 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024