Kişilər ağlamır.

Kişilər ağlamır.


Ürəkdən gələn ağlamaq hissi təbiidir və heç də ayıb deyil. Çox sevinərkən və yaxud yas yerində, harda ki, ağlayıb qəlbi boşaltmaq bir yüngüllük sayılır-ağlamaq lazımdır.Qadınları və uşaqları ağladan vəziyyətlər, kişilərdə eyni reaksiyanı doğurmur. Bəlkə də qadınlar buna inanmayacaqlar,ancaq kişilər üçün ağlamaq çox mənasız bir işdi. Qadının bir dərdi olduqda,ağlayaraq ürəyini boşaldıb yüngülləşirsə, kişilərdə belə deyil. Onların dərdini göz yaşları yüngülləşdirmir. Kişilik dünyasında göz yaşları arzuolunmazdır. Əksinə özlərinə, kişilik ləyaqətinə sığışdırmırlar bunu. Onların aləmində bu, zəiflik əlamətidir. Çünki, təbiət onları daha güclü yaratmışdır.Göz yaşları-çox vaxt vərdişdən də doğur. Əlbəttə ki, əgər uşaqlıqdan ağlamağa vərdiş edilibsə, belələri hər adi iş üçün göz yaşı tökərlər. Onlar üçün ağlamaq təbii və qaçılmaz bir işdir.Kişilər üçün ağlamağın, belə demək mümkündürsə, lazım olduğu yeganə bir hal var ki, o da dözülməz qəlb ağrısı, dözülməz sıxıntıdı. Hərdən insan elə bir vəziyyətə düşür ki, qəlbi partlamaq dərəcəsinə gəlir, belə vəziyyətdə ağlamamaq nəinki düzgün deyil, hətta ağılsızlıqdır. Su isidən sobaları təsəvvür edin, su çox qızanda əmələ gələn buxarın çıxmağa yeri olmadıqda nə baş verər? Qoruyucu qapağı açıb buxarın çıxmasına şərait yaratmasaq partlayış olar (Əgər soba zəif materialdan hazırlanıbsa bu daha çox gözləniləndir). Yuxarıdakı hal da buna bir misaldır. Bu halda göz yaşları-həmin qoruyucu qapaqdır.Nümunə üçün bunu misal göstərmək olar: ata gəlin köçən qızına xeyir-dua vermək üçün ona yaxınlaşır. Hamımızın tez-tez rastlaşdığı hadisələrdəndir. Atanın üzündəki ifadəni təsəvvür edin. Sevimli qızına gülümsəyir, üzdə təbəssüm
[1] 2 3 >>
Cəmi 861 nəfər oxuyub
Bəyənən (160) | Bəyənməyən (154)
Dostlarınla Paylaş

Saytda 54 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023