Kişilərdə qısqanclıq

Kişilərdə qısqanclıq


Əgər yoldaşınız sizə qarşı qısqancdırsa, buna qəti təəccüblənməyin. Bu halda bəzi xanımlarda bir sual yaranır:" Bu hiss onda haradan yarandı?" Sizi qınamaq olmaz. Vaxtilə, bədii əsərlərdən oxuduğunuz, yaddaşınıza həkk olunanlar var. Bunlardan biri məşhur Otellodur. Dahi drammaturqun qısqanc obrazını xatırlayaq: "Mənim məhəbbətimə qadının gözəlliyi deyil, namusu layiq ola bilər". Şeksprin ürəyindən bu sözlər keçirsə, onu qısqancsızlıqda tərifləməyə haqqımız çatmır. Necə ki, Otello sevgilisinə bağışladığı dəsmalı başqa birisində görür və bütün damarlarını zəhərləyən bir hissi boğmağa gücü çatmır. Gücü Dezdemonanı - təbiətin bu incə və sədaqətli məxluqunu boğmağa çatır. Baxın, budur-qısqanclıq! Otello haqlı idimi? Bu sualı az eşitməmisiniz. Dezdemonanın faciəli taleyindən sonra doğan bu sualın cavabı çoxlarını düşündürür. Otello gərək təmkinli olaydı, hər şeyi ölçüb biçəydi. Dezdemona da haqsızdır - ehtiyatı əldən verməyəydi, dəsmalın kimin əlinə keçə biləcəyini əvvəlcədən düşünməliydi... Qısqanclıq kişilərdə ailə qurandan sonra daha da kəskinləşə bilər. Bu elə bir sağalmaz, psixoloji hissdir ki, onun mualicəsi qeyri-mümkündür. Hələ heç bir təbib onun dərmanını icad etməyib. Xüsusən bu hiss şərq kişilərində anadangəlmədir və həyat durduqca davam edib, nəsillərə ötürülür. Qərb və qeyri-bölgə ölkələrində kişilərdə qısqanclıq olmur. Əksinə, eləsi vardır ki, hətta fəxr edir - onun qadını kiminsə xoşuna gəlir. Müsəlman kişi üçün qısqanclıq qeyri-adi hissdir. Bunu qadın duymalıdır. Qadında ərini "kəşf etmə" bacarığı olmalıdır. Qadının buna fəhmi çatmırsa, ailədə daimi küskünlük mümkündür. Bunun üçün o, küçədə digər kişilərə incə nəzərlərlə baxmamalıdır. Qısqanclıq - tərbiyədən, mədəni
[1] 2 >>
Cəmi 954 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 117 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024