Ev şəraitində dəbli boyunbağı

Ev şəraitində dəbli boyunbağı


Əziz Qadin.Netli xanımlar! Sizə ev şəraitində dəbli boyunbağının hazırlanmasına aid xəbərimi təqdim etmək istəyirəm. Bunun üçün bizə lazımdır: 3 ədəd zəncir 3 ədəd rəngli ip (istənilən rəngdə) 1 ədəd qaşlı zəncir İlk öncə ipi zəncirin başına bağlayıb, o biri zəncirdən keçiririk. Bu qayda ilə zəncirlər bir-birinə keçirilərək hörülür. 3-cü zəncir bir az qısa olmaq şərtilə eyni qayda ilə o biri zəncirin qırağına iplə hörülür. Sonra qaşlı zəncir də eyni qayda ilə qısa zəncirlə bir-birinə hörülür. Sonda isə boyunbağını boyundan asmaq üçün kənarlarından rəngli iplərlə bağlayırıq. Boyunbağımız hazırdır. Bu boyunbağını hazırlamaq üçün istədiyiniz rəngdə iplərdən və qaşlardan istifadə edə bilərsiniz. Bu, öz zövqünüzə bağlıdır. Əgər zəncirlərin bir müddətdən sonra qaralmasını istəmirsinizsə, şəffaf dirnaq boyasını boyunbağının üstünə nazık qatla çəkə bilərsiniz. Belə olduqda boyunbağı illərlə öz rəngini itirməyəcək.
Cəmi 917 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 88 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024