Gəlin birlikdə hazırlayaq

Gəlin birlikdə hazırlayaq


Əziz xanımlar, öz əllərinizlə kiçik suvenir hazırlamaq istərdinizmi? Elə isə gəlin birlikdə ağac və bir neçə kiçik evdən ibarət olan suvenir hazırlayaq. Öz əllərinizlə hazırladığınız bu suvenir yaxınlarınız üçün ən qiymətli hədiyyə ola bilər. Hazırsınızmı? Elə isə başlayaq. Əvvəlcə ağacın salxım budaqlarını hazırlayırıq. Qalın məftildən ağac hazırlayıb, salxımları ağaca bərkidir və budaq hissəsinə yaşıl ip dolamaqla yapışdırırıq. Zövqünüzə uyğun ev, saray, qəsr hazırlaya bilərsiniz. Bunun üçün hazırlanmış gips və istənilən formalı fiqurlarla hazırlaya bilərsiniz. Krton formanın ortasına folqaya bükülmüş ballaon yerləşdirib hazır gipslə doldurulur, bərkidildikdə ehtiyyatla qoparılır. Plastik butulkanın baş hissəsi kəsilərək tərs şevrilir, ortasına folqaya bükülmüş karton boru yerləşdirilir və gipslə doldurulur bərkildikdə butulkadan qoparılır. Gördüyünüz kimi istənilən formaları əldə etmək mümkündür. Xüsusi alətlərlə pencərə açılır, çöl hissəsi naxışlarla bəzədilir. Balkon bərkidilir. Hazırladığınız bütün formaları löhvə üzərinə yerləşdirilir. Ağacın gövdəsi karton boruya keçirilib, formaya gipslə bərkidilir. Zövqünüzə uyğun boya ilə rəngləyə bilərsiniz. Günbəz hissəsinə əl kağızı gipislənərək forma verilir. Bütün qalan işlər gipislə tamamlanılır. Kartondan pilləkan hazırlanaraq gipislənib, istədiyiniz istiqamətdə bərkidə bilərsiniz. Bütün formalar gipislə öz yerlərinə bərkidilir. Ağac arxa hissədə bərkidilir. Pillələr naxışlanılıb rənglənilir. Arxa hissədə qalan işlər tamamlanılır, ağacın kökləri gipislənib, sonra rənglənilir. Ağacın ətrafı, eləcədə həyət yapışkan vurulur və muncuqlar düzülür.Rəngli muncuqlardan çiçəklər hazırlanıb balkona və ətrafa bərkidilir. Gördüyünüz şəkillər
[1] 2 >>
Cəmi 879 nəfər oxuyub
Bəyənən (166) | Bəyənməyən (179)
Dostlarınla Paylaş

Saytda 213 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024