Telefonda hirsli insanı necə sakitləsdirmək olar?

Telefonda hirsli insanı necə sakitləsdirmək olar?


Əgər hansısa müəssisədə telefona cavab verməyə məsul şəxs vəzifəsində işləyirsinizsə, o zaman telefona hirsli cavab verənlərlə necə danışmağı mütləq öyrənməlisiniz.Telefonda danışarkən müxtəlif yollardan istifadə edərək qarşınızdakı şəxsin qəzəbini yatızdıra bilərsiniz.Hirsli biriylə danışarkən siz də hirslənərək tələyə düşməyin. Bunun yerinə qarşınızdakını bu vəziyyətə gətirən səbəbi anlamağa çalışın.Çox vaxt müştərilər hansısa problemlə üzləşdiklərizaman qəzəblənirlər. Bu hiss böyüyür və bəzən mövzuyla heç əlaqəsi olmayan, amma telefona cavab verən ilk adamla hirslə danışmağa başlayırlar. Bəzən də müəssisə içində işçilər arasında bu cür telefon danışıqları olur. Bəziləri yeni qaydaların tətbiqi zamanı və ya verilən hansısa qərarla razı olmadığı üçün əsəbləşə bilər. Bəs belə vəziyyətlərdə necə davranmaq lazımdır? Sakit olun və hadisəyə bitərəf yanaşın. Həqiqətən səhviniz varsa, bunu dərhal qəbul edin. Zəng vuranın hirsini artırmamağa çalışın. Zəng vuran şəxs bütün hirsini danışığın əvvəlində dilə gətirməsinə icazə verin, sakitləşməsi üçün əsla sözünü kəsməyin. "Sakit olun" kimi sözlər sərf etmədən, özünüz sakit göstərərək qarşınızdakını sakitləşdirin. "Mən sizi anlayıram" kimi reaksiyalar verib, duyğularına şərik olun. Mövzuyla əlaqədar məlumatları alın və zəng vuranın sizdən nə istədiyini anlamağa çalışın. Nə edilməsi lazım olduğunu, mövzunu doğru başa düşdüyünüzü qarşınızdakına başa salın. Bu danışıqdan sonra necə hərəkət edəcəyinizi ona açıqlayın. Əgər mövzu haqda məlumatınız yoxdursa və ya problem sizin sahəyə adi deyilsə, onu bir başqasına təhvil verə bilərsiniz. Amma zəng vuran şəxsə üçüncü bir şəxslə görüşməsi lazım olduğunu söyləməyin. Siz
[1] 2 >>
Cəmi 932 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 106 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024