Toyun əyləncəsi, coşqusu, həyəcanı, yəni az qala hər duyğusu musiqi ilə təmin edilir. İçəri daxil olursuz, bütün gözlər sizin ikinizin üzərindədir. Tam o seçdiyiniz ilk rəqs mahnısı çalınmağa başlayır. Məkandan və qonaqlardan ayrılıb yalnız sevdiyiniz insana, o gözəl hisslərə qapılırsız... Elə bütün bu sehrli anları yaşayarkən seçdiyiniz musiqi çox mənalı olmalıdır. Sizin üçün ən gözəl ilk rəqs mahnıları (türkcə): Zuhal Olcay - Pervane Birləşən əlləriniz və ürəkləriniz bir-birindən heç ayrılmasın. Bir həyatı bütün gözəllikləriylə bölüşməyiniz diləyilə ... Seferad – Seni ne çok sevdiğimi Həyat boyu birlikdə irəliləməyə qərar verdiyiniz yolda günəş həmişə önünüzdə olsun ki kölgələr arxanızda qalsın. Bir ömür boyu xoşbəxtliklər... Yalın – Meleklerin sözü var Bir almanın iki yarısı kimisiniz. Həyat boyu bunu qorumağınız və bir-birinizi həmişə tamamlamağınızı diləyirəm ... Çelik – Dilberim Hər gününüz bir-birinizi daha çox sevərək və bir-birinizə daha çox bağlanaraq keçsin. Həyat boyu xoşbəxt və dinc yaşayın! Həyatınızın hər günü bugünkü kimi sevgi, xoşbəxt və həyəcan dolu keçsin. Bir-birinizə həmişə bağlı qalın! Rafet El Roman – Seni Seviyorum Ağ göyərçinlər göndərirəm sizə buralardan, həyatınıza sevgi, xoşbəxtlik və dinclik versin deyə ... Yusuf Güney – İki romantik deli Sevginizi ölümsüzləşdirməyə doğru atdığınız bu addımda sevginizin həmişə ilk anda olduğu kimi təzə qalması və xoşbəxt olmanızı diləyirəm... Ferhat Göçer -Bizim Şarkımız Unutmayın ki, paylaşdıqca çoxalan tək şey sevgidir, evlilik kimi bir nöqtəylə əbədiləşdirdiyiniz sevginizin həmişə çoxalmasını diləyirəm ... Gökhan Tepe - Beyaz Zaman çox qısa, həyat boyu birlikdə olmağa söz verdiyiniz bu gündən etibarən bir-birinizin ürəyini qırmamağa və həmişə sevgi dolu olmağınızı diləyirəm... Emre Altuğ - Tek Aşkım Bir yerdə gülə bilmək, gəzə bilmək, xoşbəxt ola bilmək, sevinclər yaşaya bilmək üçün ən əhəmiyyətlisi də bir-birinizi həmişə sevə bilmək üçün çoxlu zamanınız olmasını diləyirəm.. Əlləriniz və gözləriniz bir-birindən heç ayrılmasın!... Burcu Güneş - Aşk Gribi Bir sevgi gülümsəməklə başlayar, öpüşlə davam edər və bir nigahla ölümsüzləşər. Hər zaman bir-birinizi sevin.. Özgün – Konu Senden Açılınca Hər zaman xoşbəxt olun...
Cemi 298 nefer oxuyub