Məzhəkələr

Məzhəkələr


Əşşi,nuş olsun. O gedən yerə dərd-bəla getməsin... Xeyir ola, günün günortasında oturmusan, özün də tək-tənha vurursan, belə..?-Çox sağ ol. Vallah çox sağ ol. Balam bayram deyil ki?-Vay atonnan, nə bayram? Ə, o , necə bayramdı elə?-Əcəb kişisən, qadınların bayramı deyil? 8 martdı dəə.-8 martdı? Bəs onda sən niyə vurursan? Qoy arvadın bayram eləsin dəə.-Eləyir, eşitmirsən hay-küylərin.. Nə qədər rəfiqəsi var yığılıb başına.- Onlar da vurur?-Bircə o qalmışdı elə. Evin ixtiyarı, bazarın ixtiyarı onlarda bu bir... Vəzifə, zəngi basmaq, əmrə qol çəkmək onlarda. Hələ mətbəxin ixtiyarınıdemirəm. Gözümüz onların əlindədir. Balam bizim bayramimiz yoxdu ki? Yoxdu. İndi nə deyirsən, olub-qalan bu bir arağdı, indi onu da verək onlara? Yox, qardaş, yox. Çaylarını vurub kef eləyirlər, bəsləridi. Səs salıb yatanları oyatma.Qoy bayramlarını keçirsinlər . *** Bir dərviş bir xəsis Xacənin yanına gəlib dedi ki, mənim də, sənin də atamız Adəmdir, anamız Həvva. Bəs biz qardaşıq! Və sənin bu qədər malın var. İstəyirəm ki, mənə qardaşlıq payı verəsən. Xacə quluna buyurdu ki, ona bir qara qəpik versin.Dedi: - Ey xacə, niyə qismətdə zülm eləyib mənə bir qəpik verirsən?Dedi: - Sakit ol. Əgər digər qardaşlar bu işdən xəbərdar olsalar, sənə bir qəpik də düşməyəcək. *** Bir dəllək xacənin başını qırxırdı. Nagah əli titrəyib onun başından kəsdi. Xacə fəryad etdi.-Ay usta, başımı kəsdin!-Sakit ol, başı kəsilən danışmaz - dedi. *** -Ə, bu nədi aləmi qatmisan bir-birinə.-Arvad xəstədi. Ömürdə bir dəfə arvada ev işlərində əl atmaq lazımdı, ya yox?-Ay Maşallah, ay Maşallah. Əcəb əl atmısan. Ə, sənin bu tozsoranın toz-torpağı içəri sormaqdan bayıra üfürür ki.-Qoy oturmuşuq.-Bəs görmürsən?-Vay səni pir olasan, Səmədağa Bayaqdan gəlmirsən. Ə, bu zəhrimarın
[1] 2 >>
Cəmi 902 nəfər oxuyub
Bəyənən (172) | Bəyənməyən (189)
Dostlarınla Paylaş

Saytda 156 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024