Hamının sevimlisi

Hamının sevimlisi


Maşa və ayı“ cizgi filmini təkcə uşaqlar deyil, həm də böyüklər sevir. Bu cizgi filmi özbaxımlılığı ilə geniş izləyici kütləsi qazanmışdır. Maşanın qoçaq hərəkətləri, gülüşü, ayı ilə dostluğu və geyimi doğurdan da filmi seyr edənləri özünə cəlb edir. Elə bu səbəbdən də Maşanı kimisi öz uşaqlığına, kimisi də öz balaca qızına oxşadır. İnternetdəki bəzi yazılarda da “Maşa həyatda var ” sərlövhələrinə rast gəlirik. Gəlin bir anlıq düşünək, Maşa kimi dəcəl uşaq doğurdan da var. Valideynlər uşaqlarının nadincliklərinə heç dözə bilmirlər. Bəs Maşa kimi övladları olsa necə?! Rus nağılları əsasında çəkilmiş bu cizgini rejissor, ssenarist Oleq Kuzovkov yaratmışdır. AlinaKukuşkina Maşanı, Boris Kutneviç isə ayını səsləndirmişdir. Cizgi filmi ilk dəfə 7 yanvar 2009-cu ildə “Spakoynı Noçi Malışi” verlişində “Rassiya-1” telekanalında göstərilmişdir. Hal-hazırda bu cizgi İsveçrə, Kanada və Fransa telekanallarında göstərilir. Hamının sevimlisinə çevrilən bu cizgi filminin lisenziyalı DVD-ləri və onlayn kompüter oyunları da var. Bu cizgidə ssenarist Maşanın ayı ilə dostluğunu yaradıb. Çox maraqlı cəhət də budur ki, ayı da Maşanı sevir. Erkək ayı olsa da qızcığaza ana kimi qulluq edir. Cizgi azyaşlı uşaqlara Maşanın vasitəsilə peşələri sevdirir.
Cəmi 869 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 145 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023