Leyli və Məcnun

Leyli və Məcnun


Muğam Azərbaycanın vizit kartıdır desəm yanılmaram. Muğamda poeziya, bəstəkarlıq və yüksək ifaçılıq mədəniyyəti cəmlənmişdir. Muğam sənətinə əruz vəzninin böyük təsiri olmuşdur. Azərbaycanda "Rast", "Segah", "Şur", "Bayatı-Şiraz", "Çahargah", "Şahnaz" muğamları geniş yayılmışdır. Hər muğamda özünəməxsus əhval-ruhiyyə, hisslər ifadə olunur. "Rast"da hünər, qəhrəmanlıq, "Segah"da məhəbbət hissləri ifadə olunur. Muğamlar qəzəl və qoşma üstündə oxunur. Muğam ifa etmək böyük ustalıq tələb edir. O melodiyanın tədricən yüksəlməsi və emosional gərginliyin artması, hisslərin təsir qüvvəsinin güclənməsi və son olaraq zilə çatmasıdır. Həmçinin hisslərin və emosiyaların ilk vəziyyətə qayıtması da vacibdir. Ona görə də muğam ifa etmək üçün güclü səs və böyük ustalıq tələb olunur. Azərbaycanda bir çox muğam ifaçları vardır: Mənsum İbrahimov, Güllü Muradova, Elnarə Abdullayeva, Ağaxan Abdullayev və.sAzərbaycan tarixində ilk dəfə Üzeyir Hacıbəyov "Leyli və Məcnun" milli muğam operasını yaratmışdır. Üzeyir bəy xeyli müddət idi ki, Azərbaycan operasını yaratmağı fikirləşirdi, fərdi qaydada bəstəkarlığın sirlərini öyrənir və nəhayət 1907-ci ildə Leyli və Məcnun operasını yazır. Bəstəkar Məhəmməd Füzulinin eyni adlı poemasına müraciət edir. Poemanın musiqi ifadəsi üçün klassik muğamlarımızdan və xalq mahnlarından istifadə edərək ilk operanı yaradr. Opera yazılsa da onu səhnələşdirmək lazım idi. Əsəri səhnələşdirmək üçün nə pul var, nə teatr, nə də peşəkar aktyor, heç kimdən də kömək yox idi. Yalnız milli, musiqili teatr yaratmaq haqqında əlçatmaz istək və arzu var. Üzeyir bəy dostları ilə həyətlərdə, küçələrdə, bazar meydanlarında gəzərək ilk operasının ifaçılarını axtarmağa başlayır. Çox çətin axtarışlardan sonra
[1] 2 >>
Cəmi 958 nəfər oxuyub
Bəyənən (208) | Bəyənməyən (183)
Dostlarınla Paylaş

Saytda 109 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024