Leyli və Məcnun

Leyli və Məcnun


nəhayət kişi rollarının ifaçılarını tapmaq mükün olur. Amma qadın rollarına isə heç kəsi tapa bilmir. O dövrdə qadınlar nəinki səhnədə çıxış edə, heç teatr səhnəsinin qapısından bele keçə bilmirdilər. Ona görə də qadın rollarını da kişilər ifa edirdilər. Sənətə olan sevgi elə çox idi ki onlar təzyiqlərə, hücumlara baxmayaraq qadın rolunda səhnəyə çıxmağa razılıq vermişdilər. Onlar milli mədəniyyətin inkişafı naminə bütün çətinliklərə dözərək istəklərinə nail oldular.Tamaşaya dramatik teatrın aktyoru və rejissoru Hüseyn Sarablinski quruluş verdi, tanınmış yazıçı Əbdürrəhim bəy Haqverdiyev dirijorluq etdi. Və nəhayət "Leyli və Məcnun" operasının ilk tamaşası göstərildi. 1908-ci il yanvarın 12-i milli operanın yaranma günü kimi Azərbaycan mədəniyyəti tarixinə yazıldı.Üzeyir bəy musiqisi elə ilk sədalarından tamaşaçıların qəlbini ovsunladı. Opera tamaşasında ilk dəfə çıxış etmələrinə baxmayaraq aktyorlar ilhamla, böyük ustalıqla oxuyurdular. Opera ilk tamaşasından böyük uğur qazandı, bu günə qədər də opera teatr səhnələrindən düşmür və böyük maraqla izlənilir.
<< 1 [2]
Cəmi 963 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 81 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024