Ebru sənəti

Ebru sənəti


Ebru sənəti nədir? Ebru sənəti kağız bəzəmə sənətlərinin ən əhəmiyyətlilərindən biridir. Bütün Osmanlı sənətlərində olduğu kimi usta-şagird üsulu ilə öyrədilir. Ebru sənəti əslində rənglərin su ilə rəqsindən yaranan bir ahəngdir. Bəzi qaynaqlarda ebrunun "üz suyu" mənasını verən "ab-ı ru" sözündən, bəzi qaynaqlarda isə Orta Asiya dillərindən "damarlı parça və ya kağı"z mənasını verən "ebre"dən yarandığı bildirilsə də, sözün mənşəyi farsca olub, "bulud kimi" mənasını verən "ebri" sözündən yaranıb. Çətin və əmək istəyən bir sənət olan ebru geri dönüşü və təkrarı olmayan bir sənətdir. Bir çox yerlərdə bəzək məqsədiylə istifadə edilən ebru ənənəvi əl sənəti olmasına baxmayaraq, yaxın zamana qədər unudulma təhlükəsi ilə qarşı-qarşıya idi. Bu sənətə dünya səviyyəsində müxtəlif millətlər sahiblənməyə başlamışlar. Ebrunun tarixi Ebru sənətinin ilk dəfə nə vaxt və harada yarandığı məlum deyil. Tarixi və kimin tərəfindən yaranması məlum olmayan bəzi əsərlər vardır. Bu günkü qeydlərdə ən köhnə ebru 1595-ci ilə aiddir. Səba Məmməd Əfəndi imzasını daşıyır. Ancaq bir sənətin inkişafı və qəbul edilməsi üçün yüz illər keçməsi lazım olduğunu və qeydlərdə də dəqiq axtarış edilmədiyini düşünsək, bu sənətin daha qədimlərə söykənən bir keçmişi olduğunu qəbul etməliyik. Osmanlının son dövrlərində yaşamış olan Üsküdarlı Şeyx Sadiq Əfəndi ebru sənətinin incəliklərini öyrənmək üçün Buxaraya getmişdir. Bu da, ebru sənətinin Orta Asiya mənşəli olduğuna dair güclü dəlildir.Ebru sənətinin günümüzə çatmasında Üsküdarlı Şeyx Sadiqin böyük payı vardır.Osmanlıda Səba Məmməd əfəndidən sonrakı ən əhəmiyyətli ebru sənətçisi istanbullu Hatib Məmməd Əfəndidir. Ebru sənəti haqda ilk əsər1608-cü ildə
[1] 2 3 >>
Cəmi 949 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 50 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023