Ebru sənəti

Ebru sənəti


yazılıb və"Tərtib-i Risale-i Ebri" adlanır. Ənənəvi türk ebru sənətində istifadə edilən vəsaitlər Kağız: Əmici xüsusiyyəti çox olanlarına üstünlük verilir. Adətən xəmir kağızından istifadə olunur. Kitrə: Gəvən ağacı adlanan tikan otu bitkisindən əldə edilən, yapışma xüsusiyyəti az olan yapışqan növüdür. Suyla birlikdə qarışdırılaraq uyğun konsistensiya əldə edilir Təknə: İçinə kitrə qoymaq üçün istifadə edilir. Fırça: Fırçanın sapı elastik olduğu üçün gül budağından, tüklər isə at quyruğundan əldə edilir. Boyalar: Ebru istehsalında ümumiyyətlə oksid qırmızı, oksid sarı, oksid qara rənglərindən istifadə edilir. Digər rənglər də bunların qarışığından əldə edilir. Gözəl ebru alınması üçün uyğun rənglərdən istifadə etmək vacibdir. Buna görə də ilk öncə tünd rənglərdən istifadə edilir. Öd: Rənglərin kitrə üzərində qalmasını təmin edir. Boyanın içinə atılaraq istifadə edilir. Biz: Böyük, qalın iynə olub, ebruya şəkil verməkdə istifadə edilir. Ebru necə edilir? Ebru istehsalına başlamadan əvvəl seçiləcək kağızın ölçüsünə uyğun böyüklükdə bir təknə alınır, təknə kitrəli su ilə doldurulur. Ebru təknəsi alüminiumdan hazırlanmış listdir. Bir ovuc kitrə iki litr qədər su içində 2, 3 və ya 4 gün saxlanır, kitrə suyun içində yaxşıca şişməlidir. Şişən kitrəni suyun içində əl ilə yoğuraraq suya qarışdırmaq lazımdır. Hazırlanan maye tənzifdən süzülərək təmizlənir. Sonda təknəyə boşaldılır. Müxtəlif rənglərdə olan boyalar ayrı-ayrı iki şüşə səth (və ya keramika, xrom) arasında yaxşıca əzilir. Əzilmə əsnasında azca su qatılır. Əzilmədən sonra yaranan palçığa bənzər boyaya mal ödü qatılaraq 15 gün və ya bir ay qədər saxlanır. Boyanın öd turşusu ilə bişməsi təmin edilir. Daha sonra məmulata su vurularaq
<< 1 [2] 3 4 >>
Cəmi 970 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 156 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024