Ebru sənəti

Ebru sənəti


istifadə edilir. Boya açılmırsa, öd qatılır. Rəngi ​​açmaq üçün isə sudan istifadə edilir. Bir ebru bir dəfə edilə bilər. Hazırlanan boyaları fırça və ya metal çubuq köməyilə daha əvvəl hazırlanmış olan kitrəli suyun üst səthinə damcıladırlar. Edilən ebrunun necə olacağını deyil, nəyə bənzəyəcəyini bilə bilərik. Buna görə iki dəfə eyni ebru yaratmaq qeyri-mümkündür. Kağız təknəyə sərilir, iş tamamlanır. Kağız düz şəkildə təknə üzərinə qoyulur, görünüşün kağıza hopması təmin edilir. Kağız təmiz bir yerdə qurumağa qoyulur. Ebru texnikasında sənətçi boyaların kitrəli su üzərindəki dağılışına kifayət qədər hakim ola bilməz. Buna görə bir sıra qəlibləşmiş ebru tipləri meydana gəlmişdir. Ebrunun növləri Battal ebru: Boyaların tünd rəngdən başlayaraq, açıq rəngə doğru fırça köməyiylə kitrəli su üzərinə səpilməklə əldə edilir. Boyalar daha sonra kağıza keçirilir. Sadə ebru növü kimi görünməklə yanaşı, boyaların səthdə bərabər miqdarda və böyüklükdə dağılmasını təmin etmək, xüsusilə ebruya yeni başlayanlar üçün çox da asan olmur. Digər ebru növlərinə keçə bilmək üçün əvvəl battal ebrunu doğru etmək lazımdır. Gəl-get ebrusu: Battal ebru edildikdən sonra incə bir çubuq köməyilə üzərinə paralel xəttlər çəkilərək yaradılmışdır. Şal ebrusu: Gəl-get ebrusu edildikdən sonra yenə incə bir çubuq köməyilə eninə üç ədəd, boyuna da iki ədəd S hərfi, bunların aralarına da istənildiyi kimi qövslər çəkilərək hazırlanır. Somaki (mərmər) ebrusu: Gəl-get və ya şal ebrusu üzərinə fırça köməyilə battal ebru edilərək yaradılır. Daraqlı ebru: Ebru təknəsinin enindən 5 mm. kiçik taxtalarla, müəyyən aralıqlarla düzülmüş iynə, tel və ya incə mismar ilə hazırlanan daraqdan istifadə edilir. Əvvəl gəl-get ebrusu
<< 1 2 [3] 4 >>
Cəmi 967 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 145 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024