Qum sənəti

Qum sənəti


Qum sənəti son illərdə ən çox yayılmış sənətdir. Bu sənətə son illərdə maraq çoxdur. Qum sənəti işıqlı şüşə masa üzərində qum dənələrindən rəsm hazırlanan sənət sahəsidir. Bu sənət həzn musiqi sədaları altında hazırlanır. Texniki baxımdan, kifayət qədər sadədir: narın qum və xüsusi yüngül masa, kiçik bir məbləğ. Qum sənəti 20-ci əsrdə rəssamlar tərəfindən nümayiş olunur. Animasiyalı film olaraq ilk dəfə Kanadada Amerikalı rəssam Carolina Leaf tərəfindən nümayiş olunub. Bu sənət daha sonra Çin, İsrail, Macarıstan rəssamları tərəfindən nümayiş olunub. Onu da qeyd edək ki, bu sənət üçün lazım olan qum xüsusi qumdur. Qumun xüsusi olması vacibdir. Rəsm yaradarkən qum ələ yapışmamalıdır. Adətən daş (kubik) qumundan istifadə olunur. Bəzi ölkələrdə bu sənət üçün düyü və quru çaydan istifadə olunur. Musiqi və işıq bu əsərlərin bir parçasıdır. Musiqi rəsmi daha mənalı etməklə yanaşı, işıq da rəsmi bir o qədər canlı göstərir. Yaradılan heç bir əsər təkrar olunmur. Rəssamın öz fantaziyası ilə yaranan rəsmlər elə rəssam tərəfindən də silinir. Əslində yaranan hər bir rəsm əsərdir. Silinib yeni ilə əvəz olunan əsər. Bu əsərlərin yaranması üçün rəssam istedadlı və bacarıqlı olmalıdır. Əlləri və barmaqları ilə cəld hərəkət edərək hər səfərində yeni əsər yaratmalıdır. Çox xoş haldır ki, bu sənət artıq ölkəmizdə də yayılıb. Hər zaman əcnəbi rəssamların əsərlərinə baxırdıqsa artıq öz rəssamlarımızın da əsərlərini görə bilərik. Hətda bu sənət üzrə kurslar da fəaliyyət göstərir. Bu videoda bizim rəssamların əsərləri nümayiş olunur. Bu da xarici rəssamları əsərləri.
Cəmi 975 nəfər oxuyub
Bəyənən (192) | Bəyənməyən (206)
Dostlarınla Paylaş

Saytda 54 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023