Uşaqların məzəli kəlamları2

Uşaqların məzəli kəlamları2


Orxan muzeydə çılpaq qadın heykəlini görüb anasından soruşur:-Ana, bu xala soyunub?-Hə.-Bəs hamam hanı? *** -Aytac, sən niyə bağçaya getməmisən? -Xəstəyəm,-Haran ağrıyır?-Başım öskürür. *** Üç yaşlı Aydan nahar edərkən pişik onun ətrafında fırlanır və həsədlə ona baxır. Aydan ona deyir:-Heç istəmə, onsuz da verməyəcəm . Sən dünən siçan yeyəndə mənə vermədin.! -Ana, fil balaları haradan əmələ gəlir? -Bilirsən,qızım, ...-Ancaq demə ki, leylək gətirir. Leylək onu qaldıra bilməz. *** -Ana, məni çox sevirsən?-Əlbəttə, balam!-Onda dondurma satan kişiyə ərə get! *** Məktəb dəhlizində bir oğlan hönkürtü ilə ağlayır.Sinif rəhbəri ondan soruşur:-Niyə ağlayırsan?-Müəlliməmiz pilləkəndən yıxılıb.-Ağlama, heç nə olmayıb, sağ-salamatdır.-Necə ağlamayım? Uşaqlar hamısı görüblər, mən isə yox. O yıxılanda mən bufetdə olmuşam. Oğlan meteoroloji stansiyada işləyən atasından soruşur:-Ata, sənin hava haqqında dediklərin həmişə düz çıxır?-Həmişə, ancaq tarixləri bəzən düz gəlmir. *** -Neçə yaşın var?-Tezliklə 8 olacaq, indi 3-dür. *** -Baba pişik asqırdı.-Bəs niyə "sağlam ol" demədin?-Bəs mənə "sağ ol"u kim deyəcəkdi? *** Uşaq soruşur:-Ata, yenə tort istəyirsən?-Yox, bala.-İndi də sən məndən soruş. Ana oğlundan soruşur:-Sən böyüyəndə nə olacaqsan?-Sürücü.-Niyə təyyarəçi olmaq istəmirsən?-Göydə kimi ötüb keçəyəm? *** Baba oğlunun və nəvəsinin tələsik geyindiyini görüb soruşur:-Belə hara tələsirsiniz?-İşə-Sən də?-deyə nəvəsindən soruşur-Mən də.-Sən harada işləyirsən?-Bağçada uşaq işləyirəm. *** -Sən niyə riyaziyyatdan 1 almısan?-Görünür müəllimdə bundan böyüyü olmayıb- deyə uşaq cavab verir. *** -Oğlum, nə çox su içirsən?-Alma yemişəm.-Nə olsun ki?-Onu yumamışam axı.
Cəmi 863 nəfər oxuyub
Bəyənən (192) | Bəyənməyən (161)
Dostlarınla Paylaş

Saytda 109 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024