Ana südünün 12 möcüzəsi

Ana südünün 12 möcüzəsi


Uşağa həyatın ilk 6 ayı boyunca başqa heç bir əlavə qida lazım deyil, ana südü körpənin bütün ehtiyaclarını qarşılamaq üçün kafi olur. Bu dövrdə körpəyə əlavə olaraq verilməsi lazım olan tək dəstək isə D vitaminidir. Hər ananın südü öz körpəsi üçün özəldir Ana südündə inək südündə olmayan və laboratoriyada emal edilməsi mümkün olmayan 100-dən çox komponent var. Bundan əlavə, ana südünün tərkibi körpənin davamlı dəyişən ehtiyaclarını ödəmək üçün daim dəyişir və yenilənir. Məsələn, ana südünün səhər saatlarındakı tərkibi axşamkı tərkibdən, birinci aydakı tərkibi yeddincidəkindən fərqli olur. Daha asan həzm Ana südü körpənin həssas və hələ də inkişaf etməkdə olan həzm sistemi üçün də bənzərsizdir. Ümumiyyətlə, ana südü ilə bəslənən körpələrdə ishal və ya qəbizlik kimi problemlər olmur. Yalnız ana südü verilərkən xüsusi bağırsaq florası körpələri infeksiyalardan və ishaldan qoruyur. Daha az natrium (duz) və zülal daxildir Ana südünün duz və zülal tərkibi inək südünə görə daha az olduğu üçün, təzə doğulanın inkişaf etməkdə olan böyrəklərinin süzmə tutumuna daha uyğun olur. Daha az allergiya riski Ana südü ilə qidalanan körpələrdə ilk 6 aylıq dövrdə də, sonrakı əlavə qida dövründə də qida allergiyasına süni yeməklə bəslənən körpələrə nisbətən daha az rast gəlinir. Daha yaxşı kalsium və dəmir qəbulu Ana südündəki kalsium və dəmir süni yeməklərə nisbətən daha çox əmilərək körpənin qan dövranına qatılır. Ana südü alan körpələrdə dəmir əskikliyi anemiyası daha az olur. İmmuniteti gücləndirir Ana südü körpəni müxtəlif xəstəliklərdən qoruyan immunitet maddələrini - anticisimləri körpəyə verərək immun sistemini gücləndirir. Ana südü ilə bəslənən körpələrdə qulaq iltihabı, soyuqdəymə kimi
[1] 2 >>
Cəmi 921 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 43 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024