Körpəyə qulluq qaydaları

Körpəyə qulluq qaydaları


maneə törədə biləcək hava şərtləri istilik itkisinə gətirib çıxaran qüvvətli külək və qatı dumandır. Şəhərlərdə qatı duman eyni zamanda tüstü və toz dənəciklərini də təsir edir. Bunlar körpənin həssas ağciyər və tənəffüs yollarına kobud təsir edə bilər. Körpə quru, istiyə nəmli istidən daha çox dayanıqlıdır. Havadakı nəmlik yüksəldikcə tərləmə artır və istilik bədəndən xaric edildikcə bədənin xarici layları da sərinləyir. Tərləyən körpəyə təbii liflərdən hazırlanmış geyimlər geyindirilməlidir. Beləcə tərləmənin qarşısı alınar. Möhkəm və süni lifli geyimlər dərinin havalanmasını önləyər, dərinin bağlı qalan yerlərində tər yığılmasına və müxtəlif dəri iltihablarına gətirib çıxarar. Körpəni geyindirmə və soyundurma mərhələləri Aşağıdan çıxarılan geyimlər və bezlər üçün körpəni düz bir yerə uzadın. Yuxarıdan çıxarılan geyimlərlə məşğul olmaq körpənin baş, qol və qıçlarım davamlı oynatması üzündən daha çətindir. İşi asanlaşdırmaq üçün körpəni qucağınıza alın. Ayağınızı üst-üstə atın və körpəni qoyacağınız yerə yumşaq bir örtü qoyun. Çıxaracağınız paltarı qoltuqaltına qədər çəkin. Sol əlinizlə körpənin sağ qolunu yuxarı qaldırın və paltarın qolunu sağ əlinizlə çıxarın. Eyni əməliyyatı o biri qola da tətbiq edin. Paltarı başdan sıyırıb çıxarmaq üçün yaxasını sağ əlinizlə genişlədin, sol əlinizin baş barmağıyla geyimin burun və qulaqlara ilişməsinə mane olun. Anasının qollarında hər körpə özünü təhlükəsizlikdə və qorunmuş hiss edər. Körpəni geyindirmək üçün eyni yolu tərsindən davam etdirin. Əvvəl paltarın yaxasını körpənin başından keçirin, sonra qollarını ayrı-ayrı geyindirin. Qolunu geyindirmək üçün sol əlinizlə paltarın qolunu keçirərkən, sağ əlinizlə
<< 1 2 [3] 4 >>
Cəmi 1068 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 121 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024