Körpəyə qulluq qaydaları

Körpəyə qulluq qaydaları


Körpənin bezini bağlamaq və geyimlərini dəyişdirmək olduqca sadə və öyrənilməsi asan olan bir işdir. Amma bu işlər mümkün olduğu qədər incə və diqqətlə edilməlidir. Təcrübəsiz ana və ataların körpələrin geydirmə mövzusunda bir çox narahatlığı vardır: Körpə üçün ən uyğun geyim hansıdır? Körpəni geyindirərkən və soyundurarkən necə etməli, ona zərər vermədən üst-başını necə dəyişməliyik? Yeni doğulanlar özlərinə xəfifcə toxunulduğunu dərhal anlayırlar. Başının arxaya doğru sərt qaçırılması və qıçların boşluqda buraxılması kimi vəziyyətlərdə dərhal reaksiya verir, bir səbəb olmadan ağlayar və qorxarlar. Körpəni beşiyindən götürdükdə və ya qucağa aldıqda körpə özünü təhlükəsizlikdə hiss etməlidir. Bu çox əhəmiyyətlidir. Bu bezlərini, ya da geyimlərini dəyişdiyiniz zaman da olmalı, əgər uşaq yatmışdırsa oyandırılmalıdır. Ya da dəyişdirmək üçün oyanmağını gözləməlisiniz. Yox, əgər uşaq altını batırmışdırsa, o zaman oyadıb altını yuyub təmizləməlisiniz. Əks təqdirdə uşaqda pişmə və yanmalar olar, dərisi qıcıqlanar və soyular. Bez və geyim dəyişdirmə əsnasında körpəni narahat edən boşluqda qalma duyğusunu yox etmək üçün ana üzünü balasının üzünə yaxınlaşdıraraq şirin bir səslə danışmalıdır. Körpənin həmişə təhlükəsizlikdə qalma ehtiyacını qarşılayan əsas faktor anasının səsidir. Körpəni ən uyğun şəkildə tuta bilmək üçün ana sol qoluyla balasının kürəyini tutmalı, sağ qoluyla da ombalarından tutub özünə tərəf qavramalıdır. Bu şəkildə körpənin başı yavaşca ananın çiyininə söykənə bilər. Yenidən yerinə qoyulan körpənin möhkəmcə və etibarlı bir şəkildə tutularaq yavaşca buraxılması lazımdır. Balasını buraxacağı yerə tərəf yaxşıca əyilən ana əvvəl sol qolunu açaraq baş və
[1] 2 3 >>
Cəmi 1055 nəfər oxuyub
Bəyənən (168) | Bəyənməyən (164)
Dostlarınla Paylaş

Saytda 75 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023