Geniş Kitabxana
Körpənin nəcisi necə olmalıdır?
Əziz xanımlar, uşaq doğulduqdan sonra onun həyat fəaliyyəti valideyn üçün hədsiz maraqlı olur. Bəzən valideynlər uşaqların yeni mühitə alışa bilməməyini təhlükə kimi qəbul edir. Baş çıxara bilməyəndə təşvişə düşür. "Görəsən normalda necə olmalıdır?" deyə düşünür, suallara cavab tapmağa çalışırlar. Budur, hər valideyni narahat edən problemlərdən birini də sizə təqdim edirəm. Yeni doğulmuş körpənin nəcisi Doğumdan sonrakı ilk bir neçə gün içində körpənin nəcisi yaşılaçalan qara rəngdə və yumşaq yapışqan şəkili olur. Sonra qəhvəyi və sarıya dönür. Əgər ikinci günün sonuna qədər uşaq nəcis çıxarmasa həkimə xəbər verilməlidir. Ana südüylə qidalanan körpələr ümumiyyətlə, ilk günlərdə və həftələrdə çox tez-tez altlarını isladırlar. Bəziləri hər əmmədən son­ra nəcis çıxarır. Nəcis çox vaxt açıq sarı rəngdə və ya tünd olur. Nadir olaraq qatı olur. Bir çox ana südüylə qidalanan körpə birinci, ikinci ya da üçüncü ayların sonunda çox nəcisə çıxmaqdan imtina edərək, hərdənbir nəcis çıxarmağa başlayır. Bə­ziləri gündə bir dəfə, bəziləri iki gündə bir, bəziləri də üç gün­də bir dəfə nəcis çıxarır. Bu ananı qorxuda bilər. Amma körpə narahat olma­dıqca, qorxulu heç bir şey yoxdur. Əlavə yemək yeyən uşağın nəcisi İnək südüylə qidalanan bir körpə əvvəlcə ümumiyyətlə, gündə bir-dörd dəfə altını batırır. Böyüdükcə bu ədəd bir, ya da ikiyə düşür. Əgər nəcisin rəngi və konsistensiyası yaxşı, körpə də sağlamdırsa, neçə dəfə nəcisə çıxması əhəmiyyətli deyil. İnək südü içən körpələrin nəcisi əksəriyyət, küllü və sol­ğun sarı rəngdədir. Bəzi körpələr də qarışdırılmış yumurta kimi nəcis çıxarır. Arada selik və sulu maddələr də görülür. Uşaq qaydalı bir şəkildə çəki artırır və sağlam görünürsə, bu­nun da heç bir əhəmiyyəti yoxdur. İnək südü içən çox az körpə ilk aylarda sulu nəcis çıxarır. Əlavə qidanın içindəki şəkər miqdarı artdıqca bu daha da çoxalır. Belə bir vəziyyətdə həkim nəzarəti şərtdir. Çünki körpəyə ba­ğırsaqları narahat etmədən əlavə qidalar vermək getdikcə çətinləşəcək. Əgər körpənin nəcisi sulu olduğu halda, başqa bir şikayəti­niz yoxdursa və həkim vəziyyətin normal olduğunu söyləyirsə narahat olmağa dəyməz. Bir körpənin nəcisi digər körpələrin nəcisindən bir az fərqlidirsə, körpə sağlamdlrsa bunun bir zərəri yox­dur. Amma əgər nəcis birdən birə dəyişsə, bunun bir səbəbi ola­ bilər. Həkimə müraciət etmək lazımlıdır. Qatı nəcis çıxaran bir körpə birdən sulu, bəlğəmli nəcis çıxarmağa başlarsa, bu bir həzmsiz­lik əlaməti ola bilər. Hətta, bir bağırsaq iltihabı ola biləcəyini düşünə bilərik. Əgər nəcis yaşılaçalan, tez-tez və çox suludursa bağırsaqlara mütləq mikrob düşmüşdür. Bu əhəmiyyətli ya da əhəmiyyətsiz bir mikrob ola bilər. Nəcis birdən-birə qatılaşarsa bu bir angina, soyuqdəymənin ya da başqa bir xəstəliyin xəbərçisi ola bilər. Əgər eyni zamanda iştah da itmişdirsə, uşağınızın temperaturunu ölçün. Ümumiyyətlə, nəcisin quruluşundakı dəyişikliklər rəng və sayındakı dəyişikliklərdən daha əhəmiyyətlidir. Körpə ishal olduğu zaman nəcisdə bəlğəm olması nor­maldır. Bu bağırsaqların nasaz olduğunun bir əlamətidir. Amma həzmsizlik əlaməti də ola bilər. Soyuqdəyməli bir körpənin bur­nundan, sinəsindən ya da sağlam bir yeni doğulmuş körpədən də gələ bilər. Bəzi körpələr ilk günlərdə çox miqdarda bəlğəm çıxa­rırlar. Körpənin əlavə qidasına yeni bir tərəvəz əlavə olunduğu zaman bu­nun bir qismi olduğu kimi, yəni həzm olunmadan nəcislə çıxa bilər. Əgər nəcisdə eyni zamanda bəlğəm və yumşalma görülsə çalışın həmin qidanı gələn dəfə daha az miqdarda verəsiniz. Əgər bunlar görülməzsə, eyni miqdarı verməkdə davam edin və ya bağırsaqları alışdıra-alışdıra artırın. Nəcis uşağın yediyi əlavə qidanın rəngini də ala bilər. Nəcisin xaricindəki qan damarcıqları qatılığın səbəb olduğu sivrilmələrdən meydana gəlir. Bu qanama əhəmiyyətli deyil. Lakin qəbizliyi önləyici bir tədbir ala bilmək üçün həkimə müraciət edilməlidir. Bu psixoloji baxımdan da lazımlıdır. Nəcisdə görülə biləcək digər qanamalar bağırsaqların sivrilməsindən, sürtünməsindən qaynaqlana bilər. Bu halda dərhal çağırılmalı və körpə xəstəxanaya çatdırılmalıdır.
Cemi 219 nefer oxuyub
Beyen(50) | Beyenme(49)
Paylaş:
Qarışıq Məqalələr
Dostlarınla Paylaş

Körpənin nəcisi necə olmalıdır? - Qarışıq Məqalələr | Tatli.Biz
Körpənin nəcisi necə olmalıdır? məqaləsini oxumaq üçün daxil olun
Körpənin nəcisi necə olmalıdır?, Qarışıq Məqalələr, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus

Saytda 73 nəfər

Mp3 Axtar, Video Axtar, Şəkil Axtar, Məlumat Axtar, Kinolar, Seriallar, Android Dünyası, Hansı gün doğuldun?, Instagram-dan video(şəkil) yüklə, İşığa borcunu öyrən, Qaza borcunu öyrən, Suya borcunu öyrən, Whatsapp Plus 2021, Instagram Plus, Youtube Plus, Online Dərsliklər, Inşalar toplusu, Atalar Sözləri və Məsəllər, Geniş Kitabxana, Qadın Dünyası, Bürclərin Sirri, Islam Aləmi, Aforizmlər - Dahilərin sözləri, Online Xəritə, Koronavirus canlı izlə(COVID-19, II Dərəcə Tənlik Hesabla, Futbol Nəticələri, Idman Xəbərləri, Namaz vaxtları, Valyuta Məzənnəsi, Valyuta Hesabla, Webmoney Hesabla(WMR), Online Tərcümə, Tapmacalar, Bürc-il Yoxla, Doġum gününü hesabla, Ideal çekini hesabla, Imtahan nəticələrini hesabla, Mətni Fərqli Yaz, X - O Oyunu, Dama Oyunu, Online Sehr, Online Hesablayıcı, Mp3 Məlumatını Dəyiş, Silinmiş şəkillərin geri qaytarılması, Wap+Web Skaner, Domen Yoxla, IP Axtar, Qrab Yarat, Kodlaşdırma, Simvol Kodları, Hərf Kodları, Rəng Kodları, Saytın şəklini çek, Telefon modelini dəyiş, Smayl düzəlt, Icon düzəlt, Button düzəlt, Lətifələr, Qurani Kərim - Səsli(Azərbaycanca), Qurani Kərim - Səsli(Türkcə), Qurani Kərim - Səsli(Rusca), Qurani Kərim - Səsli(Ərəbcə), Nağıllar, Dərman Axtar(Qiyməti), Tanınmış Simalar, Maraqlı Məlumatlar, Moda - Gözəllik, Sağlamlıq, Ailə və Uşaq, Show Biznesdən xəbərdar olmaq üçün bizi izləyin, Show Biznes, Qarışıq Xəbərlər, Online Foto, Ən Son Xəbərlər, Koronavirusla Mübarizə Testi
xml | xml2 | html | ror | wikipedia | media

©Tatli.Biz 2010-2021