Körpənin nəcisi necə olmalıdır?

Körpənin nəcisi necə olmalıdır?


Əziz xanımlar, uşaq doğulduqdan sonra onun həyat fəaliyyəti valideyn üçün hədsiz maraqlı olur. Bəzən valideynlər uşaqların yeni mühitə alışa bilməməyini təhlükə kimi qəbul edir. Baş çıxara bilməyəndə təşvişə düşür. "Görəsən normalda necə olmalıdır?" deyə düşünür, suallara cavab tapmağa çalışırlar. Budur, hər valideyni narahat edən problemlərdən birini də sizə təqdim edirəm. Yeni doğulmuş körpənin nəcisi Doğumdan sonrakı ilk bir neçə gün içində körpənin nəcisi yaşılaçalan qara rəngdə və yumşaq yapışqan şəkili olur. Sonra qəhvəyi və sarıya dönür. Əgər ikinci günün sonuna qədər uşaq nəcis çıxarmasa həkimə xəbər verilməlidir. Ana südüylə qidalanan körpələr ümumiyyətlə, ilk günlərdə və həftələrdə çox tez-tez altlarını isladırlar. Bəziləri hər əmmədən son­ra nəcis çıxarır. Nəcis çox vaxt açıq sarı rəngdə və ya tünd olur. Nadir olaraq qatı olur. Bir çox ana südüylə qidalanan körpə birinci, ikinci ya da üçüncü ayların sonunda çox nəcisə çıxmaqdan imtina edərək, hərdənbir nəcis çıxarmağa başlayır. Bə­ziləri gündə bir dəfə, bəziləri iki gündə bir, bəziləri də üç gün­də bir dəfə nəcis çıxarır. Bu ananı qorxuda bilər. Amma körpə narahat olma­dıqca, qorxulu heç bir şey yoxdur. Əlavə yemək yeyən uşağın nəcisi İnək südüylə qidalanan bir körpə əvvəlcə ümumiyyətlə, gündə bir-dörd dəfə altını batırır. Böyüdükcə bu ədəd bir, ya da ikiyə düşür. Əgər nəcisin rəngi və konsistensiyası yaxşı, körpə də sağlamdırsa, neçə dəfə nəcisə çıxması əhəmiyyətli deyil. İnək südü içən körpələrin nəcisi əksəriyyət, küllü və sol­ğun sarı rəngdədir. Bəzi körpələr də qarışdırılmış yumurta kimi nəcis çıxarır. Arada selik və sulu maddələr də görülür. Uşaq qaydalı bir şəkildə çəki
[1] 2 3 >>
Cəmi 1001 nəfər oxuyub
Bəyənən (205) | Bəyənməyən (182)
Dostlarınla Paylaş

Saytda 99 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024