Körpələrdə qəbizlik

Körpələrdə qəbizlik


Qəbizlik və ya nəcisi saxlaya bilməmə probleminin uşaqlarda çox görülən problemlərdən olduğunu ifadə edən Uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. Səma Qılınc bunun səbəblərinin başında səhv və əlverişsiz qidalanma olduğunu bildirdi.Dr. Qılınc bildirir ki , quru qidalarla qidalanmaq, (xüsusilə plov, makaron, küftə kimi qidalar) meyvə və şorbalardan az istifadə etmək, gündəlik süd miqdarının yarım litrdən çox olması qəbizliyin yaranmasının əsas səbəblərindəndir. Erkən və yanlış tualet tərbiyyəsi, kalsium yüksəkliyi, kalium azlığı kimi metabolik səbəblər də qəbizliyin əsas göstəricilərindəndir.Dr. Qılıncın dediyinə görə, bəzən bu nadir görülən sinir sistemi xəstəlikləri nəticəsində də inkişaf edə bilər. Qəbizlik ən tez 2 yaşlarında, tualet tərbiyəsi verilərkən qarşımıza çıxar. Ana südündən əlavə qidalara keçid zamanı, 6-8 aylarında qəbizlik görülə bilər. Bundan əlavə, dərman istifadəsi də qəbizlik yarada bilər. Xəstənin anal bölgəsinin müayinəsi əhəmiyyətlidir. Anal bölgəsində çatlaq olması, anal məskunlaşma yeri, qalın bağırsağın əskikliyi və bu kimi hallar qəbizliyin səbəbini ayırd etməmizə köməkçi ola bilər. Hansı vəziyyətlərə qəbizlik deyilir? Dr. Səma Qılıncın fikrinə görə, son 2 ay içərisində həftədə üç və ya daha az sayda nəcis çıxarma qəbizlik sayılır. Lakinhəftədə 1 və ya daha az sayda nəcisin xaric edilməsi, tualeti tıxayacaq şəkildə qalın nəcis çıxarma, ağrılı nəcis çıxarma, qarını üstdən müayinə zamanı nəcisin əllə hiss olunması ciddi qəbizlikdən xəbər verir. Bu vəziyyətlərdə mütləq həkimə müraciət edilməlidir. Qəbizliyə səbəb olduğu digər problemlərə də diqqəti çəkən Dr. Qılınc onu da bildirir ki, bilmədən nəcis qaçırma ən çox müşahidə edilən vəziyyətdir. Qəbizlik problemi
[1] 2 >>
Cəmi 948 nəfər oxuyub
Bəyənən (170) | Bəyənməyən (176)
Dostlarınla Paylaş

Saytda 54 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023