Körpənin inkişafı

Körpənin inkişafı


Yeni doğulan körpə ailə üçün və xüsusilə ana üçün yeni bir həyatdır. Körpələrin ilk günlərdə, ümumiyyətlə, yatmaq, əmmək, bayıra çıxma və sidiyə çixmadan başqa hərəkətləri yoxdur. Yalnız yeni tanış olduğu bu dünyanı kəşf etməyə başlayaraq, onun üçün çox yeni olan yaşamağı öyrənməyə çalışır. Dünyanı əvvəlcə gözləriylə, sonra əlləriylə, sonra qıçlarıyla kəşf etməyə başlayır. İlk günlərdə yalnız varlığıyla həyatınızda olduğunu düşündüyünüz körpənizin ailənizə qatılmasıyla birlikdə əslində ana və atasına çox təsir edər. Doğulduğu andan etibarən çarəsiz olan körpəniz sizin diqqətinizə və sevginizə möhtacdır. Sizdən asılı olan, özünə xas xüsusiyyətləri və davranışları olan körpənizin bəslənmə, uyğunlaşma, ağlama vərdişləri də özünə məxsusdur. Xarici görünüşü ətrafınızdakıların körpələrindən çox fərqli olduğu kimi, inkişaf müddətləri də fərqli olacaqdır. Doğumdan sonrakı müddətdə sağlam körpələr nələri edə bilər, nələri edə bilməz, nələri anlayar, nələrə reaksiya verər? Birinci aydan iyirmi dördüncü aya qədər hər sağlam körpənin inkişafını birlikdə öyrənək. 1-ci ay Üzüstə olarkən başını yüngülcə qaldırar. İməkləmə hərəkətləri edər. Əli yumruq şəklində möhkəm sıxar. Səsə reaksiya verər (göz qırpma, hərəkət, sıçrama). İnsanın üzünə baxar. 2-ci ay Başını 90 dərəcəlik bucaq altında tutar. Əli yumruq şəklində deyil. Əşyanı orta xəttdən irəliyə doğru izləyər. Danışdırıldıqda gülümsəyər. Ətrafı maraqla izləyər. 3-cü ay Üzü aşağı halda qolları üzərinə söykənərək gövdəsini qaldırar və başını rahatca dik tutar. Əlləri açıqdır, əşyanı tutar və özünə doğru çəkər. Qığıldayar. Tanıdığı kəslərə və əşyaya uzanar. 4-cü ay Dəstəklə oturar.
[1] 2 3 >>
Cəmi 1063 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 202 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024