Uşaqlar üçün gecə torpası

Uşaqlar üçün gecə torpası


Gecə torbası uşaqlar üçün yorğanı əvəz edir. Bu torba bir növ çantanı xatırladır. Torba çiyinlərdən bağlanır və qısaqollu olur. Ortadan yaxud kənardan zəncirbəndlə bağlanır. Bu torbaya gecəlik də deyilir və şəkildə gördüyümüz kimi olur. Gecə torbası nə üçün lazımlıdır? Gecəliklərdən istifadə edərək uşağın gecə üstünün açıq qalmasının qarşısını almaq olur. Əsas nüans odur ki, bu gecəliklərdən istifadə etməklə uşağın yorğanla boğulma ehtimalı az olur. Gecələr yuxusuzluqdan əziyyət çəkən uşaqlar belə bu gecəlikdə rahat yata bilərlər. Gecəliklər pediatrlar tərəfindən tövsiyyə edilir. Gecə torbasını necə seçməli? Gecəliyi alarkən uşağın boyuna uyğun olan seçilməlidir. Çünki, uşağın boyuna uyğun gəlməyən gecəlikdə uşaq içəri sürüşə və boğula bilər. Gecəliklərin qış və yay fəsli üçün olan modelləri mövcuddur. Bundan əlavə, zəncirbəndi qarşıdan olangecəlik alarkən V yaxalı olmasına diqqət edin. Bu, uşağın zəncirbəndi ağzına salmamağı üçün lazımdır. Uzunluğunu özünüz təyin edə biləcəyiniz universal gecəliklər də var. Bu gecəliklərdə uzunluq aşağı hissədə düymələnir. Qiyməti bir o qədər ucuz olmasa da məsləhətli geyimdir. Əldə etməyə dəyər, əziz analar. Mən özüm də oğlumu bu gecəlikdə yatırıram.
Cəmi 915 nəfər oxuyub
Bəyənən (191) | Bəyənməyən (179)
Dostlarınla Paylaş

Saytda 102 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023