Körpələrdə sarılığın müalicəsində yeni metod

Körpələrdə sarılığın müalicəsində yeni metod


Helioterapiyadan istifadə ilə bağlı müalicənin ən uğurlu və müsbət nəticə verən növlərindən biri körpələrdə sarılığın müalicəsidir. Bu cür azyaşlı uşaqlarda bu xəstəliyin əmələ gəlməsinin səbəbi rezus amilinə görə qanda olan uyğunsuzluqdur. Əgər anada rezus amili mənfi,atada isə müsbətdirsə,ikinci və daha sonrakı hamiləlik qanının uşağa keçəcəyi istisna edilmir. Bu isə uyğun olmayan qrupdan qanın köçürülməsinə bərabər bir haldır.Nəticədə qırmızı qan cisimcikləri parçalanır,bu da sarılığa səbəb olur.Adətən belə hallarda mübadiləli qan köçürmədən istifadə olunur ki,bu da həm baha başa gəlir,həm də təhlükəlidir. Bir neçə il əvvəl ingiltərəli tibb bacıları müəyyən ediblər ki,sarılıq xəstəliyindən əziyyət çəkən, lakin günəş şüalarının təsirinə məruz qalan uşaqlarda sanki sağalma prosesi gedir. İngiltərənin bir neçə xəstəxanasında klinik tədqiqatların aparılması qərara alınır. Ultrabənövşəyi şüaların sarılıq zamanı qanda kəskin şəkildə artmış bilirubinin - toksiki piqmentin miqdarını azaltdığı və bu halın körpələrə öz immum mexanizmlərini bərpa etmək imkanı verdiyi aşkar edilir. Hal-hazırda sarılığa tutulmuş uşaqların çoxu ultrabənövşəyi şüalarla müalicə olunur və bu da mübadiləli qan köçürmə ilə bağlı yaranan riskdən azad olmaq imkanı verir.
Cəmi 943 nəfər oxuyub
Bəyənən (196) | Bəyənməyən (206)
Dostlarınla Paylaş

Saytda 93 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023