Körpə dərisi və şirin yuxu

Körpə dərisi və şirin yuxu


Dəri bizi xarici amillərdən qoruyur,bədən temperaturunu tənzimləyir və ətraf mühitlə əlaqə zamanı təmas orqanı kimi çıxış edir. Lakin yenicə dünyaya gəlmiş körpənin dərisi hələ inkişaf etməmişdir. Yalniz müdafiə funksiyasını daşıyır. Körpənin dərisi iri miqdarlı sudan və kiçik miqdarlı piylərdən ibarətdir. Elə bu səbəbdən də o, böyük insanların dərisindən beş dəfə zərifdir və daha çox təsirə məruz qalır. Südəmər uşaqlar hər toxunuşa xüsusi reaksiya verirlər. Belə ki,ilk təəssüratı onlar insanlardan dəri vasitəsilə alırlar.Körpənin dərisi-xarici mühitlə əsas rabitə orqanıdır. Uşağa qulluq edərkən,siz ona zəriflik,qayğı,etimad və simpatiya hissini bəxş edirsiniz. Körpə sizin ona qarşı məhəbbətinizi həmin anda dərisi vasitəsilə hiss edir. Uşaq şəfqətin hər damcısını özünə hopdurur və həmişəlik yadda saxlayır. Körpənin dərisinə daima sevgi və nəvazişlə toxunun. Unutmayın,bu, onun fiziki və mənəvi inkişafı üçün edə biləcəyiniz ən dəyərli hərəkətdir. Anasından daima sevgi görən uşaqlar isə sakit və özlərini müdafiə olunan hiss edir.Dəriyə qulluq isə şirin yuxu deməkdir. Boyu uzadan hormon isə əsasən yuxu zamanı artır. Çalışın ki,körpənin yuxusunu heç nə pozmasın.Körpələr adətən istidən, soyuqdan, küləkdən, aclıqdan, yaş bezdən yuxudan oyanırlar.Körpə oyananda onu beşikdən götürün, qucağınızda saxlayın və onunla mehriban danışın.Bunun sayəsinda uşaq öz beşiyini yalnız yuxu ilə əlaqələndirəcək.Sonralar onu beşiyə qoyan kimi yuxuya getməyə vərdiş edəcəkdir.Körpə gündüz yatanda otaqdakı gün işığını bağlamaq lazım deyil.Gecələr isə gecə işığında yatmalıdır.Uşağı yatmazdan bir saat əvvəl çimizdirmək çox xeyirlidir.Körpənin fikirləşən bir varlığa çevrilməsi üçün yuxu çox vacibdir.Bilin ki,körpəniz
[1] 2 >>
Cəmi 995 nəfər oxuyub
Bəyənən (201) | Bəyənməyən (190)
Dostlarınla Paylaş

Saytda 121 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024