Körpə dünyaya gəlir ona qayğı lazımdır

Körpə dünyaya gəlir ona qayğı lazımdır


Normal doğulmuş uşaq adətən, 3 kq olur. Lakin çəkisi 2.500 q-dan artıq olan körpə də vaxtında anadan olmuş sayılır. İlk 3-4 gündə çağanın çəkisi 150-300 qram aşağı düşür. Bu, valideynləri təşvişə salmamalıdır, çünki fizioloji haldır. İtirilmiş çəki 8-9 gün ərzində bərpa olunur. Birdən-birə çəkinin 500-600 qram azalması ciddi haldır. Bu, uşağın yaxşı qidalanmadığını göstərir. Vaxtında doğulmuş körpənin bədəninin uzunluğu təxminən 48-54 sm. - ə çatır. Yeni doğulmuş oğlanların çəkisi və bədəninin uzunluğu nisbətən bir qədər çox olur. Çəkinin azalmasının dayanması ilə əvvəlki səviyyənin bərpası çağalıq dövrünün qurtarmasını göstərir. Uşağın bədəninin vəziyyəti haqqında nə demək olar? Sağlam uşaq arxası üstə qoyularsa, o, başını yan tərəfə döndərir, əllərini dirsəkdə qatlayaraq yumruq tutur və başının yanında saxlayır. Uşaq qıçlarını çanaq – bud oynağında qatlayır və qarnına doğru aparır. Əgər bədənin vəziyyəti bu şəkildə deyilsə, körpə süstdürsə və ətrafları sallanırsa, həkimə müraciət edilməlidir. Başqa cür də ola bilər: bədənin vəziyyəti qaydasındadır, ətraflardan birinin vəziyyəti şübhə doğurur. Bu da xəstəlik əlamətidir. Həmin ətraf nəsə normal deyildir. Körpəyə yalnız üfüqi vəziyyət vermək və başını döndərmək, eləcə də ayaqlarını düzəltmək də məsləhət görülmür. Belə cəhd uşağı narahat etdiyindən o, ağlamağa başlayır. Sağlam uşağın dərisi çəhrayı rəngdə olur. Dəri göyümtül olduqda və belə hal bir-iki gün çəkdikdə, həkimə müraciət edilməlidir, çünki, bu, ürək qüsuru ilə bağlı ola bilər. İlk vaxtlar körpə başını boynu üzərində saxlamağı bacarmır. Ona görə də onu götürəndə, eləcə də yatırtdıqda başını əllə tutub saxlamaq lazımdır. Körpənin arxası və
[1] 2 >>
Cəmi 962 nəfər oxuyub
Bəyənən (189) | Bəyənməyən (176)
Dostlarınla Paylaş

Saytda 99 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023